Bayden Şərqi Avropaya əlavə qoşun göndərilməsini təsdiqlədi

ABŞ Prezidenti Co Bayden Şərqi Avropaya əlavə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib. Bu barədə CNN ABŞ Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələr bildirib ki, qoşunların köçürülməsi yaxın günlərdə baş tutacaq. CNN-in mənbələrinə görə, Polşada 2 min, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək. Pentaqonun yaxın vaxtlarda əlavə qüvvələrin yerləşdirilməsi barədə…

Putin və Conson arasında müzakirə

Böyük Britaniyanın Baş naziri Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə rəsmi Kreml məlumat yayıb. Bildirilib ki, tərəflər Ukraynadakı vəziyyəti, habelə təhlükəsizlik zəmanəti məsələlərini müzakirə ediblər. Rəsmi Londonun məlumatında isə qeyd olunub ki, B.Conson V.Putinlə söhbətində diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməsinin labüdlüyünü vurğulayıb. Britaniyanın baş naziri Rusiyanın…

Ukrayna və Türkiyə azad ticarət zonası haqqında saziş imzalayıb

Ukrayna və Türkiyə ölkələr arasında azad ticarət sazişi imzalayıb. Platform4.news xəbər verir ki, bu, Vladimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğanın Kiyevdə görüşü zamanı baş verib. Müqavilə Mariinski sarayında imzalanıb. Hər iki ölkənin hökumətləri  imzaladılar: gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş; Ukrayna Dövlət Vergi Xidməti ilə Türkiyənin Gəlirlər Administrasiyası arasında əməkdaşlıq memorandumu; hökumətlər arasında hüquq-mühafizə orqanları…

İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edib

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib. Prezident İlham Əliyev Forumda giriş nitqi söyləyib. Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm. İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin…

Britaniya səfiri Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı təklifini dəstəkləyib

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə vaxt əvvəl ATƏT-in toplantısında bildirdi ki, sülh və təhlükəsizlik Azərbaycan üçün prioritet olacaq”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib. Diplomat qeyd edib ki, Azərbaycan hökumətinin azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı böyük planları var: “Məcburi…

Azərbaycan lideri Ermənistana növbəti dəfə xəbərdarlıq edib

“Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur”. Bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman  deyib. “Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı…

Aİ Azərbaycanla qaz təchizatına dair danışıqlar aparır

Avropa İttifaqı Rusiyadan qaz təchizatı kəsiləcəyi hallarla bağlı Azərbaycan, ABŞ və Qətərlə qaz təchizatına dair danışıqlar aparır. Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin “Şərq sərhədlərimizdə gərginliyin artdığı bir halda birliyimiz gücümüz olaraq qalır” məqaləsində qeyd olunub. Buraya Rusiyanın qaz tədarükünü azaldacağı və ya dayandırmaq qərarına gəldiyi təqdirdə, qaz…

NATO-nun komanda-qərargah təlimləri başlayıb

Belçikanın Ostend limanında NATO-nun “Dynamic Move-2022” mina əleyhinə komanda-qərargah təlimləri başlayıb. Bu barədə NATO-nun hərbi dəniz komandanlığı məlumat yayıb. Məlumatda göstərilir ki, “Dynamic Move-2022” mina əleyhinə 2 həftəlik komanda-qərargah təlimidir. Təlimlər üzv ölkələrin ordularının peşəkarlığının artırılmasına imkan verir. 31 yanvar 8 fevral tarixlərində keçiriləcək təlimlərə 2 ölkə – Ukrayna və Mərakeş müşahidəçi qismində cəlb olunub.

Türkiyə Müdafiə Nazirindən Ukraynaya mesaj

“Türkiyə tərəfi olaraq Qaradəniz dialoqunda üzərimizə düşən öhdəlikləri yerinə yeirmişik.” Bu sözləri Türkiyə Respublikası Müdafiə Naziri Hulusi Akar Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlamasında bildirib. Akar qeyd edib ki, Türkiyə bundan sonra da lazımi tədbirlər görməyə davam edəcək.

Bu sənədlərin hamısında tələb eynidir – Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin

“Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələri var. Bu sənədlərin hamısında tələb eynidir – Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bu, bizim suveren hüququmuzdur”. Bunu Prezidenti İlham Əliyev yanvarın 30-da “Rossiya 24” telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycanın…