Səhiyyə sistemi ilə bağlı yenilik

“Səhiyyə Nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq. Hər kəs müraciət edərək səhiyyə, tibblə bağlı istənilən sorğusunu verərək probleminin həllinə, cavablandırılmasına nail olacaq”. Bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, nazirliyin veb saytından da müraciətlər qəbul olunacaq və cavablandırılacaq. Həmçinin kağız daşıyıcılar üzərindən müraciətlər…

“O vaxt yeni stansiyalar tikməyə pulumuz yox idi”

“Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü”. Bu sözləri Prezident İlham Əliyev “AzərTAc”a müsahibəsində deyib.…

“Rusiya diplomatlarına Ukraynanı tərk etməyi tövsiyə edə bilər”

“Moskva Ukraynadakı diplomatik nümayəndəliklərinin əsas olmayan əməkdaşlarına ölkəni tərk etməyi tövsiyə edə bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Elizabet Trass ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Biz onların (anqlo-sakson həmkarların) fəaliyyətlərinə baxdıq və ola bilsin ki, biz də yəqin ki, diplomatik nümayəndəliklərimizin əsas olmayan əməkdaşlarına bir müddətlik evlərinə qayıtmağı tövsiyə edəcəyik”,…

Azərbaycan XİN Ermənistana cavab verib

“Ermənistan XİN-inin yaddaşını təzələyirik: Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu ərazilərdə geniş miqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. “Ermənistan Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndini yer üzündən silib.…

Daxili işlər nazirindən yeni təyinat

Daxili işlər orqanında kadr dəyişikliyi olub. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Vəfalı Həsənalıyev Ağdaş Rayon Polis Şöbəsinə rəis təyin edilib. O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Qeyd edək ki, əvvəlki rəis Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik…

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyir

“Vyanadakı görüşdə Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, həmçinin sərhədlərin açılması məsələlərinin müzakirəsini gözləyirik”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan söyləyib. Onun sözlərinə görə, Antalyada keçiriləcək forumda iştirak məsələsi daha çox İrəvan və Ankaranın xüsusi nümayəndələrinin Vyanada apardıqları danışıqların nəticəsindən asılıdır. Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin növbəti görüşü fevralın 24-də…

Milli Məclisin sədri Estoniya Prezidenti ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Prezidenti Alar Karis ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Estoniya Prezidenti Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına müsbət təsir edəcəyinə inandığını söyləyib. O, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin tarixi barədə danışıb. Prezident Alar Karis ölkələrimiz…

Makronla Putin arasında QARABAĞ DİALOQU

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın 8 erməni hərbçisinin qaytarılmasından danışıb. Makron qeyd edib ki, Fransanın böhran mərkəzi erməni hərbçilərinin geri qaytarılmasını həyata keçirmək üçün təyyarə verib: “Ötən cümə günü biz İlham Əliyev və Nikol Paşinyanla videokonfrans keçirdik. Orada bu məsələni qaldırdıq, həmçinin itkin düşənlər, qaçqınlar və s. məsələləri…

Prezident “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi…

Makron Putini Ukrayna ilə bağlı güzəştə razı saldı

Prezidentlər Vladimir Putin və Emmanuel Makron bir gün əvvəl Moskvada keçirilən görüşdə Ukrayna ilə bağlı razılıq əldə ediblər. Bu barədə “The Financial Times” məlumat yayıb. Nəşrin yazdığına görə, Putin və Makron Rusiyanın yeni hərbi təşəbbüslər həyata keçirməməsi barədə razılığa gəliblər. Kremlin də öz silahlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı dialoqda iştirak etməyə razı olduğu bildirilir. “The…