Poroşenkonun müharibə, İlham Əliyevin strateji düşüncəsi və Bakı ilə dostluq haqqında MÜSAHİBƏSİ

Ukraynanın beşinci prezidenti Petro Poroşenko Caliber.Az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik: – Petro Alekseyeviç, nəşrimizə müsahibə verməyə razı olduğunuz üçün sizə təşəkkür edirik. Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvü olmusunuz. Mərkəzin fəaliyyətini necə qiymətləndirirsiniz və bu beynəlxalq təşkilatın işində öz rolunuzu necə görürsünüz? – Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə qoşulmaq mənim üçün şərəfdir. İlk növbədə…

“Azərbaycanın Avropa üçün strateji dəyəri artır”

“Azərbaycanın hazırda dəyişən dünyada regional yeniliklər baxımından Avropa üçün strateji dəyəri daha da artır”. Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Latviya parlamentinin üzvü, bu ölkənin keçmiş ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş deyib. “Düşünürəm ki, bu gün Avropanın enerji təchizatından tutmuş digər strateji hədəflərinə qədər sabit tərəfdaşları siyahısında Azərbaycan da var. Prezident İlham…

Azad Vətən Partiyası Dövlət Qeydiyyatına alındı

Azad Vətən Partiyası (AZAD VƏTƏN) Azərbaycan Respublikasının Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı. Platform4.news Azad Vətən Partiyasının mətbuat xidmətinə istinadən bildirir ki,  partiya sədri Akif Nağı Ədliyyə Nazirliyinə dəvət edilib, Nazrliyin İdarə rəisi İlqar Məmmədov onu qəbul edib, xoş arzularını, təbriklərini bildirib. Partiyanın qeydiyyata alınmasına dair şəhadətnaməni, təsdiq olunmuş nizamnaməni təqdim edib. A.Nağı partiyaların fəaliyyəti…

İlham Əliyev “ADEX-2022”nin iştirakçılarına və qonaqlarına müraciət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına və qonaqlarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli sərgi iştirakçıları və qonaqlar! Sizi “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayır və bütün iştirakçılara uğurlar arzulayıram. Artıq ənənəvi xarakter almış “ADEX” sərgisi hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm…

“Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik”

“Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik”. Bu sözlər Prezident İlham Əliyevin Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciətində öz əksini tapıb. “Əminəm ki, “ADEX-2022” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni…

“Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu günbəgün artmaqdadır”

Sentyabrın 2-də Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı. Cənab Prezident çıxışında ölkələrimiz arasındafəal siyasi dialoqdan, ikitərəfli gündəliyimizə yeni, vacib mövzuların daxil olunmasından danışdı,ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüsləri diqqətə çatdırdı. Ölkə başçısı qeyd etdi…

Rusiyanın dağılmasına hazır olmalıyıq

ABŞ-ın hərbi məqsədi Rusiyanın hərbsizləşdirilməsi olmalıdır. Bu barədə ehtiyatda olan general, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces Tvitterdə yazıb. “Mənə elə gəlir ki, biz bu gün göründüyü kimi Rusiya Federasiyasının sonunun başlanğıcının şahidi oluruq. Buna hazır olmaq lazımdır. Biz SSRİ-nin dağılmasına hazır deyildik”, – o bildirib.

İşğalçılar Krımdan qaçırlar, düz edirlər

İşğalçılar (Rusiya tərəfi – red.) Krımdan qaçmağa başlayıblar, bu, doğru seçimdir. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “İnanıram ki, Ukrayna bayrağı və azad həyat yenidən Krıma qayıdacaq. Bunun üçün Ukrayna ordusu, xüsusi xidmət orqanları, kəşfiyyat mühüm addımlar atır və bu addımlar artıq duyulmaqdadır”, – deyə dövlət başçısı bildirib.

Rusiya və Ermənistan vətəndaşı olan erməni hansı əsaslarla Qarabağa köçüb? – VİDEO

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardaryan Qarabağın Rusiya sülhməramlılarının müvəqətti nəzarətində olan hissəsinə köçdüyünü açıqlayıb. 44 günlük müharibədə Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən Rusiyadakı erməni lobbisinin əsas fiqurlarından hesab olunan Vardaryanın bu addımının arxasında hansı məqamlar dayanır? Adı külli miqdarda çirkli pulun Rusiyadan Avropaya çıxarılmasında hallanan və kriminal aləmin üzvləri ilə yanaşı çəkilən…

Ərdoğandan Yunanıstana XƏBƏRDARLIQ – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana xəbərdarlıq edib. Bu barədə o, Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalında danışıb: “Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana deyəcək bir cümləmiz var: İzmiri unutma! Adaları işğal etməyiniz bizi saxlamaz. Vaxtı gələndə lazım olanı edəcəyik. Bir gecə qəfil gələ bilərik”.