Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

ABŞ Prezidenti Cozef Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb. Bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb. Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb. Qeyd edək ki, nazir-müşavir rütbəsinə malik Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində çalışır. O, polyak və fransız dillərini mükəmməl bilir. Xatırladaq…

“Rusları Ukrayna ərazisindən vurub çıxarmaq lazımdır”

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı ən qısa zamanda Ukrayna hərbçilərinin qələbəsi ilə başa çatmalıdır. Qərb liderləri Ukraynanın qələbəsinə əmindirlər, Estoniyanın müdafiə naziri Kalle Laanet ERR-ə bildirib. “Əgər bütün Qərb müttəfiqləri deyirlərsə ki, Ukrayna bu müharibədə qalib gəlməlidir, o zaman  sual ondan ibarətdir ki, biz vaxtı niyə uzadırıq? Biz kifayət qədər həcmdə silah sistemləri və təlim keçəcəyik…

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvinə razı olmayıb

Böyük Britaniya taxılla Ukrayna limanlarını açmaq müqabilində Rusiya Federasiyasından sanksiyaları ləğv etməyi planlaşdırmır. “The Guardian” müdafiə naziri Ben Uollesə istinadən xəbər verir ki, eyni zamanda Böyük Britaniya Ukraynadan taxıl ixracına icazə verməyə çağırıb. Onun sözlərinə görə, Rusiya “düzgün işlər görməlidir”. O, onu aclığın inkişaf edə biləcəyi ölkələrə kömək etmək üçün Ukraynadan taxıl ixracına mane olmağı…

Rusiyalılar Ukrayna-Belarus sərhədində “İsgəndər” raketləri yerləşdiriblər

Rusiya qoşunları “İsgəndər-M” operativ-taktiki raket komplekslərini Belarusda, Ukrayna sərhədindən 50 km aralıda yerləşdirib və Rusiya-Ukrayna sərhədi yaxınlığında mövqelərini möhkəmləndirirlər. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mayın 24-də verdiyi məlumatda bildirilir. “Belarus Respublikası ərazisindən dövlətimizin obyektlərinə raket və hava zərbələri endirilməsi təhlükəsi artır. Təcavüzkar “İsgəndər-M” OTRK diviziyasını Brest vilayətində, Ukraynanın dövlət sərhədindən 50 kilometr aralıda yerləşdirib”, –…

“Əsas öhdəliyimiz müttəfiqlərimizi qorumaqdır”

NATO ölkələri illərdir Ukraynaya mühüm tərəfdaş kimi kömək edir. Onlar Ukrayna ordusunu silahla təmin edib, təlimlər keçiblər. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı bildirib. O qeyd edib ki, bu səylərin bəhrələri artıq döyüş meydanında görünür. Lakin vurğulayıb ki, bununla belə NATO hazırda Ukraynada vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışır. Buna…

Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşündən yazıb

“Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və təhlükəsizliyin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram”. Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter”də yazıb. “Bu, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir”, – o, qeyd edib.  

Türk Dövlətləri Təşkilatının Baş katibi İlham Əliyevi təbrik etdi

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident. Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. 1918-ci il mayın…

Zelenski Rusiya ilə danışıqların bərpası üçün şərtini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin Rusiya ilə danışıqları hansı halda bərpa edəcəyini açıqlayıb. O, bəyan edib ki, Ukrayna yalnız bütün tutulan ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlara qayıdacaq. “Biz hər şeyi fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Sonra danışıqlar masasına oturacağıq, sülh, müharibənin dayandırılması və ərazilərimizin qaytarılmasını müzakirə edəcəyik”, – deyə…

“Finlandiya və İsveçi alyansa qəbul edərkən Türkiyənin narahatlığı nəzərə alınmalıdır”

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması prosesini əngəlləyir. Lakin NATO-nun baş katibi Yens Stoltenberqin fikrincə, Ankaranın arqumentləri və narahatlıqları nəzərə alınmalıdır. O, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib. “Mən şənbə günü Ərdoğanla danışdım. Türkiyə terrorizm və təhlükəsizlik məsələləri ilə bağlı narahatlığını ifadə edib. Əminəm ki, Finlandiya və İsveçi öz ittifaqımıza qəbul etmək üçün…