İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər. Sonra Prezident Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana gələn digər qonaqları…

“Sərhədlərin təxirə salınmadan delimitasiyasına başlamağa hazırıq”

“Bu formatda görüş ilin əvvəlində keçirilib, indi isə ilin sonunda keçirilir, odur ki, yekunlar aparmaq olar”. Bunu noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən üçtərəfli görüşdə Prezident İlham Əliyev deyib. Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə ümumilikdə vəziyyət stabildir: “Ciddi insidentlər,…

“Yeni qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək”

“Yeni qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək”. Bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüşün yekununda deyib. Dövlət başçısı bildirib ki, Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətə töhfə verəcək. “Putin və Paşinyanla üçtərəfli görüşdə hərtərəfli və…

Azərbaycan, Rusiya və Ermənistan liderləri mətbuata bəyanatla çıxış ediblər

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il…

Bölgədə fərqli ab-hava yaranacaq” – Putin

“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli formatda danışıqlardan sonra regionda nəqliyyat kommunikasiyaları açılacaq”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşdə bildirib. “Bu gün üçtərəfli formatda müzakirə etdiyimiz rabitə, nəqliyyat marşrutları regionun bütün ölkələrinin, o cümlədən Rusiyanın iqtisadiyyatı üçün son dərəcə vacibdir, çünki…

Soçi görüşünün nəticələrinə dair Bəyanat

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük, Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün…

Ukraynada rus rublu qadağan edilib

Ukraynada rus rublu qadağan edilib. Ukrayna bankları artıq Rusiya valyutasını qəbul etməyəcək. Bu barədə Platform4.news  UMB-a istinadən bildirir. Ukraynada Ukrayna Milli Bankı İdarə Heyətinin “Ukraynada banklar tərəfindən nağd pul əməliyyatlarının aparılmasına dair Təlimatda dəyişiklik edilməsi haqqında” 8 oktyabr 2021-ci il tarixli 103 nömrəli qərarı qüvvəyə minib. Bu fərman noyabrın sonundan banklara fiziki şəxslərin depozit hesablarına işğalçı…

“Azərbaycan Ermənistanla delimitasiya prosesinə başlamağa hazırdır”

Noyabrın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə videokonfrans formatında görüşü baş tutub. Görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər və digər…

Prezident Rusiyanın Elmlər Akademiyasının prezidentini qəbul etdi

Prezident İlham Əliyev noyabrın 25-də Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulanıb. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirilib və müasir dövrdə…

İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb. Dövlət başçısı rusiyalı həmkarına Azərbaycan xalqı və öz adından Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənindəki qəza nəticəsində ölənlərlə bağlı başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.