“Azərbaycanla sülh müqaviləsi imzalamaqda qərarlıyam, məsuliyyəti daşımağa hazıram”

“Bizim siyasi komandamız, parlamentdə çoxluq sülh gündəmini öz məsuliyyəti altına götürüb”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Biz yekun və davamlı sülhə nail olana qədər bu məsuliyyəti daşımağa hazırıq. Bu yaxınlarda mən parlamentimizdə və hökumətimizdə bildirdim ki, Azərbaycanla sülh müqaviləsi imzalamaqda qərarlıyam. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”,…

İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya başsağlığı verib. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan…

Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib

“Ermənistanın baş naziri Nikol Paşinyan Alman Xarici Əlaqələr Şurasında (DGAP) bugünkü çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şəraitin yaradılması barədə çağırışları Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təsir edən bir hal kimi qələmə verməyə cəhd edib. Biz baş nazirə xatırlatmaq istərdik ki, etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli…

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Martın 1-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Aleksandar Vuçiç Serbiya ilə Kosovo arasında Brüsseldə keçirilən dialoq səbəbindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşündə iştirak edə bilmədiyini deyib, Serbiyanı Bakıdakı tədbirdə xarici işlər nazirinin təmsil edəcəyini bildirib. Serbiya Prezidenti bu dialoqun gedişi…

Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib

“Ermənistan Azərbaycana delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini təhvil verib”. Bu barədə hökumət iclasında baş nazir Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini bu yaxınlarda təqdim ediblər. “Biz bu sənədə cavab gözləyirik”, – baş nazir bildirib. Eyni zamanda, o qeyd edib ki, sülh müqaviləsinin imzalanması üzrə işin…

“Cinayətkarların cəzasızlığına son qoyulması və regionda sülh üçün ədalət zəfər çalmalıdır”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün zəfər…

Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib

Azərbaycanlı xilasedicilər və həkimlər zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirirlər. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları…

TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı (TDT) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatı təşkilatın baş katibi Kubanıçbek Ömuraliyev imzalayıb. Bəyanatda deyilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından 31 il ötür. Bu zorakılıq nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər…