Peskov Putin-Əliyev görüşü barədə

Rusiya tərəfi Avropa Birliyinin Ermənistan və Azərbaycan arasında dialoq qurulmasına kömək etmək istəyini alqışlayır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Vasitəçilik səyləri barışıq, sabitlik, proqnozlaşdırma və mövcud razılaşmaların həyata keçirilməsinə kömək edərsə, o zaman bunu yalnız xoş qarşılanmaq olar”, – Rusiya dövlət başçısının mətbuat katibi bildirib. Rusiya, Ermənistan və Azərbaycan başçılarının Qarabağla bağlı əldə…

ABŞ Azərbaycan və Ermənistana çağırış edib – Sərhəddəki gərginliklə bağlı

“Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır”. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin feysbuk səhifəsində yayılan məlumatda yer alıb. “Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq”, – deyə məlumatda qeyd olunub/Report. Xatırladaq ki, iyulun 19-u saat 17:00-da, 20:50-də və 23:40…

Norveç Azərbaycanı o siyahıdan çıxardı

Norveç Azərbaycanı səfərlərin tövsiyə olunmadığı ölkələr siyahısından çıxarıb. Bu barədə qərar iyulun 19-u qüvvəyə minib. Qeyd edilir ki, ölkənin sözügedən siyahıdan çıxarılması bu Azərbaycandan Norveçə gələnlərin karantin tələblərinə riayət etməməsi demək deyil. Bildirilir ki, hazırdı Norveç Azərbaycanı koronavirus üzrə “bənövşəyi” siyahıya aid edir, bu da ölkədə gündəlik az sayda yeni yoluxma halının qeydə alınması deməkdir.

Petro Poroşenko: “Gələn il Qurban bayramını Krımda qeyd edəcəyik”

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Krımı bir il ərzində geri qaytaracaqlarına əmindir. P.Poroşenko bu barədə Qurban bayramı münasibətilə Krım tatarlarına və bütün Ukrayna müsəlmanlarına müraciəti zamanı bildirib. “Ən məşhur islam bayramı olan Qurban bayramı münasibətilə müsəlmanları ürəkdən təbrik edirəm. Bu bayram yaxşılıq etməyə, itaətkar və mərhəmətli olmağa ilham verir. Bu bayram günündə Krım tatar qardaş…

Əliyev-Putin görüşünün gündəmi

Prezident İlham Əliyev Moskvada Putinlə görüşə gedir. Paşinyanın iyulun 7-də Moskvaya səfəri zamanı ardınca Əliyev-Putin görüşünün keçiriləcəyini proqnozlaşdırmışdıq. Əslində bugünkü görüşün ümumi tablosuna da Ermənistanda seçkidən sonra başlanan görüş trafiki fonunda baxa bilərik: a) Putin “saatları yoxlayır”: tərəflərin Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara sadiqliyinə əmin olmaq istəyir, Nikolun qələbəsi və Qərbin gedişləri fonunda bu,…

Münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik – İlham Əliyev

Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Bunu Prezident İlham Əliyev Rusiyada Vladimir Putinlə görüşü zamanı deyib. Dövlət başçısı bildirib: “İlk növbədə, dəvətə görə sağ olun. Mən də Sizi görməyimə çox şadam. Bizim qarşılıqlı fəaliyyətimizlə bağlı mühüm məsələləri yenidən müzakirə etmək üçün yaxşı imkandır. Təbriklərə görə sağ olun. Fürsətdən istifadə edib Rusiyanın bütün…

Mişel: “Aİ Azərbaycan və Ermənistan arasında sülhə dəstək verməyə hazırdır”

Mən həqiqətən də vəziyyətlə əlaqədar və mümkün sülh sazişi çərçivəsində irəliləyişə nail olmaq üçün işin aparılmasının əhəmiyyəti ilə bağlı Ermənistan hökuməti, Ermənistanın baş naziri ilə müfəssəl müzakirələr aparmışam. Biz çox konkret və aydın müzakirələr apardıq, regionda daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən hansı elementlərin nəzərə alınmalı olduğu barədə söhbət etdik. Bu barədə Avropa…

Zakir Həsənov orduya mühüm tapşırıqlar verdi

İyulun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb…

Əliyev Mişelə nələri izah etdi?

İrəvanda “status”dan bəhs edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel gözlənildiyi kimi Bakıda bu haqda heç nə demədi. Bunun birdən çox səbəbi var: – Mişel Bakı və İrəvan arasında balansı mövqe sərgiləyir: Paşinyanla görüşdə dediyi “status” sözü də mövqedən daha çox, siyasi jest idi; – Bakıda Əliyev Mişelə münaqişənin başa çatdığı və “Dağlıq Qarabağ”ın artıq…

Dünya nəhəngi imtina etdi: “Rusiya hərbi müttəfiqimiz deyil”

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ölkəsi ilə Çin arasında 20 il əvvəl imzalanan “dostluq və əməkdaşlıq barədə müqavilə” ilə bağlı məqalə yayımlayıb. Məqalə həm Rusiya, həm də Çin mətbuatında dərc olunub. Lavrovun sözlərinə görə, müqavilə iki ölkənin bir-birinə ərazi iddiası olmadığını da təsdiq edib. Lavrov yazıda onu da iddia edib ki, Rusiya-Çin hərbi əməkdaşlığı…