Azərbaycan Rusiyaya nota verdi

Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.…

Britaniya kəşfiyyatı İran PUA-larının Ukraynaya hücumlarının səbəblərini açıqladı

Rusiya İranın “Shahed-136” PUA-ları ilə Ukraynaya hava hücumundan müdafiə sistemini yarmağa çalışır. Onlar getdikcə az olan raketləri əvəz edir. Bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib. Qeyd edilir ki, Rusiya İranın PUA-larından bütün Ukraynadakı hədəflərə qarşı istifadəyə davam edir. Ukraynanın “Shahed-136” PUA-sını məğlub etmək səyləri daha uğurlu olur. Ölkə prezidenti Volodimir Zelenski də…

“Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək sülh müqaviləsini imzalayacaq”

“Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib. “İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə bağlı, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş…

“Mən Gürcüstanda özümü evimdəki kimi hiss edirəm”

“Mən doğrudan da özümü evimdəki kimi hiss edirəm”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib. “Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda beynəlxalq təşkilatların keçirildiyi tədbirlər…

Böyük Britaniyada Uollesin Şoyqu ilə nə danışdıqlarını açıqlayıblar

PLATFORM4.NEWS bildirir ki, bu gün oktyabrın 23-də Rusiya tərəfinin xahişi ilə Rusiya Federasiyası və Böyük Britaniya müdafiə nazirləri Sergey Şoyqu və  Ben Uolles arasında telefon danışığı olub. Rusiyalı nazir xüsusilə bildirib ki, Ukrayna Böyük Britaniyanın köməyi ilə guya “münaqişənin gərginləşməsini planlaşdırıb”. Bu barədə Britaniya hökumətinin rəsmi bəyanatında deyilir. Qeyd olunur ki, Uolles bu iddiaları təkzib…

“Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”

“Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. “Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda da Heydər Əliyev ili olaraq qəbul edilməsindən məmnuniyyət hissi keçirdim”, – Türkiyə Prezidenti əlavə edib.

Boris Conson yenidən baş nazir ola bilər

Sentyabrın 6-da vəzifəsini tərk edən Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson xələfi Liz Trassın istefasından sonra hökumət başçısı postu uğrunda mübarizə aparmaq niyyətindədir. Bildirilir ki, Conson bunun milli maraq məsələsi olduğunu düşünür. Həmçinin, digər mənbələrdən yayılan məlumata görə, xarici ticarət naziri Kemi Beydnok da baş nazirlik uğrunda mübarizə aparmaq niyyətindədir. O, bu yay artıq…

“Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın dirçəliş dastanıdır” – VİDEO

“İşğaldan azad edilən torpaqlarda bir ildə iki hava limanı açmaq hər ölkənin bacara biləcəyi iş deyil”. Türkiyənin Haber Global telekanalının məlumatına görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bəyan edib. “Azərbaycan torpaqları sanki küllərindən təmizlənərək ayağa qalxır. Açılışını etdiyimiz Zəngilan Beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra Qarabağın dirçəliş dastanının…

“İlham Əliyev dünyaya mesaj verdi” – VİDEO

Türkiyənin Haber Global telekanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini işıqlandırmaqda davam edir. Teleşirkətin növbəti süjeti Azərbaycan və Türkiyə liderlərinin ortaq mətbuat konfransına həsr olunub. Prezident İlham Əliyevin tədbirdəki çıxışının önə çəkildiyi videomaterialda dövlət başçısının bütün dünyaya mesaj verdiyi bildirilir. “Bu gün Türkiyə-Azərbaycan qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli bir dövlət bizim qardaşımızdır. Bu, bizim…