İlham Əliyev Tərtər sakininin evində oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.

Ərdoğan Zəngəzur dəhlizi haqda

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən yolda jurnalistlərin suallarını cavablandırıb. Görüşdə müzakirə olunan bir sıra məsələlərə münasibət bildirən Tayyib Ərdoğan Qarabağ mövzusunda da dəyərləndirmələr edib. “Bu görüşdə Zəngəzur dəhlizi gündəmə gəldimi?” sualına cavab verən Ərdoğan bu ifadələri söyləyib: “Zəngəzur dəhlizi bütün bölgə üçün önəmli bir imkan olacaq. Burada…

Prezident ali orden və rütbə ilə təltif edilsin

Təklif edirəm ki, Ali baş Komandan, II Qarabağ Müharibəsində Qələbənin müəllifi İlham Əliyev ali orden və ali rütbə ilə təltif edilsin. Bu təkliflə deputat Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. O bildirib ki, bu təklifə Milli Məclis tərəfindən baxılmalıdır. Deputat əlavə edib ki, bununla əlaqədar qanun layihəsi hazırlanmalı və sənəd parlamentin…

Putinlə görüşdən sonra yayımlandı…

“Nyu-York Tayms” qəzeti BMT Baş Assambleyasının 76-cı sammiti üçün ötən həftə ABŞ-a gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan aldığı müsahibənin “S-400”lə bağlı hissəsini dərc edib. Ərdoğanın dünən Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü ilə bağlı məlumata əlavə olunan açıqlamada Türkiyə liderinin qabaqcıl rus müdafiə sistemini satın alaraq Qərbin əsas hərbi ittifaqı olan NATO-nu sarsıtdığı tənqidini…

Azərbaycan hər zaman Belarusu təmənnasız dəstəkləyən qardaş ölkədir

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevin etimadnaməsini qəbul edib. A. Lukaşenko bildirib ki, Azərbaycan Belarusun strateji tərəfdaşıdır: “Azərbaycan bizim strateji tərəfdaşımız, qardaş ölkədir. Azərbaycan həmişə Belarusu təmənnasız olaraq dəstəkləyib”. A. Lukaşenko etimad və etibara görə öz adından və ölkəsi adından Azərbaycan xalqına və dostu İlham…

Ceyhun Bayramov sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistana çağırış edib

Azərbaycan-Ermənistan sərhədində gərginlik var. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 30 il ərzində delimitasiya və demarkasiya reallaşmayıb, bunun da əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır. “Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu məsələ normal və sivil qaydada həll olunmalı, delimitasiya prosesi həyata…

Rusiyaya ciddi problemlər yaratmağa hazırıq

Rusiya üçün ciddi problemlər yaratmağa hazırıq. Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. O, Moskvanı manipulyasiya, yalan və ikiüzlülükdə ittiham edib. Onun sözlərinə görə, Kiyev tərəfdaşlarıyla Rusiyanı aqressiyanı dayandırmağa məcbur edəcək şərtlərin yaradılması üçün çalışır.

Azərbaycanla Gürcüstan arasında bu sənədlər imzalandı

Sentyabrın 29-da Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. Görüşdə çıxış edən Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin qısa zaman kəsiyində Azərbaycana ikinci dəfə səfər etdiyini bildirərək bunu iki ölkə arasındakı əlaqələrin…

“France-24” kanalında Prezident İlham Əliyevlə eksklüziv müsahibə

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verib. Platform4.news Prezident İlham Əliyevin müsahibəsini təqdim edir: – Salam, “France-24” kanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə eksklüziv müsahibəyə xoş gəlmisiniz. O, bizə Bakıdan qoşulur. Cənab Prezident, “France-24” kanalında bizim qonağımız olduğunuz üçün çox sağ olun. – Fransız auditoriyası ilə danışmaq üçün mənə…

44 gün ərzində və ondan sonra, hətta bu gün mən minlərlə məktub alıram

“Bilirəm ki, 44 gün ərzində xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər. 44 gün ərzində və ondan sonra, hətta bu gün mən minlərlə məktub alıram, həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək, həmrəylik məktubları…