“Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu”

“Biz Xəzər dənizində ən böyük ticarət limanı inşa etmişik. Bu gün o tam gücü ilə çalışır və biz artıq onu genişləndirməliyik. O, 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olmalıdır”. Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib. “Biz Bakıda gəmiqayırma…

“Türkmənistanla “Dostluq” yatağının birgə işlənilməsi qərarını tarixi qərar kimi dəyərləndirirəm”

“Mən Azərbaycanın Türkmənistanla “Dostluq” yatağının birgə işlənilməsi qərarını tarixi qərar kimi dəyərləndirirəm. Çünki biz hər iki ölkənin milli maraqlarına, qardaşlıq münasibətlərimizə əsaslanaraq bu qərarı vermişik”. Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib. Dövlət başçısı vurğulayıb ki, indi bizim qarşımızda bu yatağın işlənilməsinə başlanması kimi hədəf…

“Avropaya qaz ixracı iki dəfə artırılacaq” – VİDEO

“Ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və mən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The…

“Azərbaycan ilə İtaliya arasında aktiv siyasi dialoq mövcuddur”

“İtaliyaya budəfəki səfərim çox uğurlu keçdi. Bu səfər zamanı İtaliyanın Prezidenti və Baş naziri ilə görüşlər keçirdim. Bu görüşlərdə ölkələrimiz arasında sıx strateji tərəfdaşlıq münasibətləri ilə bağlı bir çox məsələləri müzakirə etdik”. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib. İtaliya…

İlham Əliyev beynəlxalq forumda çıxış edib – Foto

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb. Prezident.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti”…

İlham Əliyev bir qrup şəxsi “Dostluq” ordeni ilə təltif etdi

Özbəkistan Respublikasının bir sıra mədəniyyət xadimləri “Dostluq” ordeni ilə təltif edilirlər. Prezident.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif edilsinlər: İsmayılov Haşimjon; Nəsirli Əli Heydər oğlu; Urinbayev Kamoliddin Turdimuratoviç”.

“Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi naməlumdur”

“Bu gün Beynəlxalq İtkinlər Günüdür. Demək olar, üç onillikdir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi naməlumdur”. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib. O qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiq göstərməyə çağırır.  

Şarl Mişel İlham Əliyevə zəng edib

Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezident.az məlumat yayıb. Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

AzTV Mehriban Əliyevanın doğum günü münasibətilə sənədli film təqdim edib – FOTO/VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC birinci xanım Mehriban Əliyevanın doğum günü ilə bağlı sənədli film hazırlayıb. QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumatına görə, Mehriban xanım Əliyevaya həsr olunan sənədli film “Humanist missiya” adlanır. AzTV-nin Avropa təmsilçisi Elzar Ağayevin hazırladığı sənədli film AzTV-də yayımlanıb.   “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC birinci…