ABŞ-dan qəti qərar

ABŞ İrana qarşı sanksiyaları nüvə anlaşması yenidən qüvvəyə minənə qədər “avans” olaraq yumşaltmağı planlaşdırmır. Bu sözləri ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib: “Biz heç bir sanksiyanı ləğv etməyəcəyik. Biz “avans” verməyəcəyik, bundan sonrası aydındır”.

Zelenskidən Krım açıqlaması: “Bu ilin sonunadək…”

Ukrayna Prezidenti Vladimir Zelenski 2021-ci ilin sonuna qədər Krımdakı vəziyyətlə bağlı yenilənmiş qətnamələri BMT Baş Assambleyasına təqdim edəcək. Bu barədə “İnterfaks – Ukrayna” məlumat yayıb. “Bu ilin sonuna qədər Ukrayna işğal olunmuş Krımda insan haqlarının durumu və yarımadanın hərbiləşdirilməsi ilə bağlı yenilənmiş qətnamələri BMT Baş Assambleyasına təqdim edəcək”, – Zelenski bildirib.

Avropa ədliyyə nazirlərinin konfransı keçirilib

Oktyabrın 4-5-də Macarıstanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Budapeştdə “Rəqəmsal texnologiyalar və süni intellekt – Avropada ədalət mühakiməsi üçün yeni çağırışlar” mövzusunda Avropa ədliyyə nazirlərinin konfransı keçirilib. Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov təmsil edib. Konfransın açılışında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç, Macarıstanın ədliyyə naziri Yudit Varqa giriş sözü ilə çıxış ediblər.…

Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir – İlham Əliyev

“Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir”. Bu fikirləri Prezident, Müzəffər Ali…

Zəngəzur dəhlizində hazırlıq işlərinə başlanıldı

Ermənistan Zəngəzurda yol infrastrukturunun qurulmasına başlayıb. Zəngəzur dəhlizinin keçməsi planlaşdırılan Sisian-Dastakert yolunun 3,7 kilometrlik hissəsi asfaltlanıb. Tikinti işlərinin miqyasının genişləndirilməsi planlaşdırılır. Xatırladaq ki, Zəngəzur dəhlizinin avtomobil yolu olan hissəsinin Laçın-Gorus-Sisian-Dastakert-Naxçıvan marşrutu ilə keçməsi gözlənilir. Ermənistan tərəfinin dəhlizin keçəcəyi ərazidə yol infrastrukturunu qurması bu ehtimalları artırır.

Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, bunun başqa yolu yoxdur – İlham Əliyev

“Bundan sonra Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur”. Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə…

Pakistan Azərbaycan üzərindən Avropaya yükdaşımalara başlayıb

Pakistan ixrac imkanlarını genişləndirmək məqsədi ilə Azərbaycan və Avropaya yükdaşımalara başlayıb. Bu barədə  Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasından bildirilib. Bu məqsədlə “National Logistics Cell” logistika şirkətinin nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində Pakistan nümayəndə heyəti ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasında (ABADA) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və ABADA rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın…

Azərbaycanın turizm brendi Rusiya qatarlarında

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu Rusiyanın “Aeroexpress” şirkəti ilə əməkdaşlığa başlayıb. Məlumata görə, əməkdaşlıq çərçivəsində “Aeroexpress” qatarları üzərində və vaqonların daxilində, eləcə də kassa bölməsində sərnişinləri ölkəmizi kəşf etməyə çağıran turizm brendi vizualları, eləcə də həştəqlər yerləşdirilib. Bundan əlavə, Domodedevo və Şeremetyevo beynəlxalq hava limanlarında yerləşən dəmiryolu vağzallarında Azərbaycanın zəngin turizm təkliflərini əks…

İlham Əliyev Suqovuşanda Azərbaycan bayrağını ucaltdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Dövlət başçısının çıxışı: – Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz…