Putin addım atsa, dollar bahalaşacaq

İqtisadçılar Ukrayna ilə Rusiya arasında gərginliyin artacağı təqdirdə Rusiya valyutasının ən azı 20 faiz dəyər itirəcəyini proqnozlaşdırıblar. “Renaissance Capital” investisiya bankının analitikləri hadisələrin arzuolunmaz istiqamətdə getdiyi təqdirdə sərt sanksiyalar paketinin qaçılmaz olduğunu bildirirlər. Ekspertlərin fikrincə, bu halda 76-77 rubl səviyyəsində olan dolların məzənnəsi 85-90 rubl diapazonuna yüksələ bilər. İqtisadçılar hərbi ssenarinin reallaşma ehtimalının 15 faiz…

ABŞ 4 rusiyapərəst ukraynalıya sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalarla bağlı nazirlik xüsusi bəyanat yayıb. Sanksiyalar siyahısına Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbərinin sabiq müavini Vladimir Sivkoviç, Ali Radanın deputatları Taras Kozak, Oleq Voloşin və sabiq deputat Vladimir Oleynik əlavə edilib.

Türkiyə Putin-Zelenski görüşünə ev sahibliyi etmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib. Ərdoğan bəyan edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir: “Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”. Onun sözlərinə görə, regionda…

Ukraynaya İngiltərədən hərbi yardım

Son üç gündə İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus C-17A “Globemaster III” ağır hərbi-nəqliyyat təyyarəsi ilə Ukraynaya səkkiz uçuş həyata keçirilib. Növbəti ZZ171 təyyarəsi bu gün gecə saatlarında Kiyev yaxınlığındakı Borispol aerodromuna çatıb. İngilis təyyarələri İngiltərədəki Brayz Nortondakı hərbi hava bazasından Ukraynaya uçur. Hər bir C-17A “Globemaster III” 77.5 tona qədər yük daşımaq gücündədir. İngiltərə müdafiə…

Avropa Komissiyası Rusiyaya xəbərdarlıq edib

“Avropa İttifaqı Ukraynada vəziyyət pisləşəcəyi təqdirdə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edəcək”. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviter hesabında yazıb. “Biz Ukrayna ilə həmrəyliyimizi bir daha təsdiqləyirik. Vəziyyət pisləşərsə, tərəfdaşlarla razılaşdırılmış genişmiqyaslı sanksiyalar tətbiq edəcəyik. Avropa İttifaqı ilə Rusiya arasında dialoq davam edir. Biz Rusiya ilə dialoqu davam etdiririk, lakin Avropanı təsir…

Volodimir Zelenski ABŞ-ın dövlət katibi ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüş amerikalı siyasətçinin Kiyevə rəsmi səfəri çərçivəsində baş tutub. “Rusiyanın məqsədi ölkələrimiz arasında ədavət toxumu səpməkdir, buna imkan verə bilmərik. Biz birlikdə hərəkət etməliyik, birliyimizi gücləndirməliyik – bu, indiki məqamda, xüsusən də Rusiyanın təcavüzü halında çox vacibdir”, – E.Blinken bildirib. V.Zelenski isə ABŞ-ın dövlət katibinin…

“Ukraynanın işğalı mümkün deyil…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Rusiya tərəfindən işğalı ssenarisini «reallıqdan uzaq» adlandırıb. Bu barədə “Anadolu” agentliyi xəbər verir. Türkiyə lideri onu Albaniyaya səfəri zamanı müşayiət edən jurnalistlərlə söhbətində qeyd edib ki, “belə bir addım atmaq üçün Moskva dünyada və ölkə daxilindəki vəziyyəti təhlil etməlidir”. O bildirib ki, ötən gün Kiyevdə olan Azərbaycan prezidenti İlham…

İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub. Prezident İlham Əliyev Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında, o cümlədən dövlət başçıları səviyyəsində mövcud yüksəksəviyyəli dialoqu vurğuladı, parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı…

Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir

“Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır”. Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın “CNN” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir: “Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət…

Ukrayna Donbasda hücum planlarının olmadığını bildirib

Ukrayna hakimiyyəti Donbasın Kiyevin nəzarəti altında olmayan hissəsinə hücum planlaşdırmır və ümid edir ki, Qərb ölkələri məsələnin diplomatik yolla həllinə nail olmaqda yardım edəcək. Bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba Fransanın “Le Figaro” qəzetində yazdığı köşə yazısında qeyd edib. O, Rusiyanın Ukrayna ilə sərhədə çoxlu qüvvələr toplamasından narahatlıq ifadə edib və mövcud formatlar altında…