Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Əziz bacılar və qardaşlar! Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy…

“Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”

“Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”. Bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Adriatik dənizindən Asiyaya qədər uzanan geniş coğrafiyada bizim çox geniş əməkdaşlıq…

“Caliber” Berlin-Bakı münasibətləri haqqında

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini iki sözlə xarakterizə etmək olar: dəqiqlik və enerji. Azərbaycan xarici siyasətinin əsas keyfiyyətlərindən biri kimi dəqiqlik və Almaniya mentalitetinin özəyi kimi dəqiqlik… Enerji anlayışı isə bu kontektdə geniş mənalar ehtiva edir. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti buraxılışda qeyd olunub. Azərbaycan Avropaya enerji resurslarının mühüm tədarükçüsüdür. Almaniya Azərbaycan neftinin…

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

“Zirvə görüşünün təşkil olunmasındakı təşəbbüsə görə can Azərbaycanın Prezidenti İlham Əliyevə şəxsim, millətim adından minnətdarlığımı bildirirəm”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib. “Bugünkü Zirvəmizlə türk dünyasının tək ürək olduğunu ən yüksək səviyyədə bir daha göstərmiş olacağıq”, – deyə Türkiyə lideri əlavə…

ABŞ və İsrail İranın nüvə silahlarına qarşı tədbirləri gücləndirmək barədə razılığa gəldilər

ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər. Bu barədə Ağ Evin yaydığı iki ölkənin birgə bəyanatında deyilir. “Rəsmilər İranın nüvə proqramının irəliləyişini böyük narahatlıqla nəzərdən keçirdilər və İsrail ilə ABŞ arasında çoxillik təhlükəsizlik tərəfdaşlığının daha da gücləndirilməsinin qarşılıqlı məqsədini bir daha təsdiq etdilər”, – deyə məlumatda…

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Prezident.az xəbər verir ki, təbrikdə deyilir: “Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram. Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında…

“Fədakar analarımız vətəni ana qədər əziz və müqəddəs bilən saf əqidəli övladlar yetişdirirlər”

“Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür”. Bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan…

İlham Əliyev Vyetnam prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa təbrik məktubu ünvanlayıb. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə…

Şolts Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin vaxtını açıqladı

“Qərb ölkələri Ukraynaya müəyyən təhlükəsizlik təminatları verməyə hazırdır”. Bunu Almaniya kansleri Olaf Şolts deyib. “Qərb münaqişə bitdikdən sonra Ukraynaya müəyyən təhlükəsizlik təminatları verməyə hazırdır. Ancaq bunun vaxtı hələ çatmayıb”, – o, bildirib. Qeyd edək ki, hələ 2022-ci ilin payızında Ukrayna prezidenti Vladimir Zelenskinin ofisindən ölkənin təhlükəsizliyinə zəmanət verən layihə təqdim edilib. Burada Kiyev Aİ ölkələrini…