İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir. Bu barədə təşkilatın bəyanatında bildirilir. “Faydalı qazıntı yataqlarının ekoloji standartlara lazımi diqqət yetirilmədən işlənilməsi beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən qeyri-qanuni olmaqla yanaşı,…










