Leyla Əliyevadan Yeni il təbriki

“Yeni iliniz mübarək! Allah hamınıza cansağlığı, xoşbəxtlik və bol-bol sevgi qismət etsin!” Bu sözləri sosial şəbəkə səhifəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yazıb. “Arzu edirəm ki, birlikdə çoxlu xeyirxah işlər görək və bu dünyanı nurlandıraq! Sevginizə və dəstəyinizə görə minnətdaram! Sizi çox sevirəm!”, – o əlavə edib.  

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı müraciətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə xalqı təbrik edib. Müraciətin tam mətnini təqdim edirik: – Əziz həmvətənlər. Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran…

“Bu gün xaricdə yaşayan azərbaycanlılar müzəffər Azərbaycan övladları olmaları ilə fəxr edirlər”

“Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayır, onlara uğurlar arzulayıram. Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır”. Bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün xaricdə yaşayan azərbaycanlılar müstəqil Azərbaycanın,…

“Qələbə ilimiz mübarək!”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə sakinlərini Yeni il münasibətilə təbrik edib. O, təbrik mesajını sosial şəbəkə səhifəsində paylaşıb. “Bu gün möcüzələr arzulayaq? Ukraynalılar onları çoxdan yaradırlar. Əsl dostlar arzulayaq? Biz onların kim olduğunu artıq dəqiqliklə öyrəndik. Səmimi sevgi arzulayaq? Bu il biz bunu həmişəkindən daha güclü hiss etdik. İnam və ümid arzulayaq? Hər ikisi də…

Venera ilə Yer arasında daha bir oxşarlıq tapıldı

ABŞ-ın Pasadena şəhərində reaktiv hərəkət laboratoriyasının geoloqları Yer və Veneranın üst qabığının eyni qalınlığa malik olduğunu aşkar ediblər. Komanda 1990-cı illərdə planetin orbitindən Veneranın ətraflı və tam miqyaslı radar kartoqrafiyasını həyata keçirən “Magellan” kosmik gəmisi tərəfindən toplanmış məlumatları təhlil edib. Alimlər çoxlu hesablamalar apararaq belə nəticəyə gəliblər ki, litosferin orta qalınlığı 11 ± 7 kilometrdir.…

Şimali Koreya Yeni ili ballistik raket atışı ilə qeyd edib

Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb. Raketin Yapon dənizi istiqamətində atıldığı bildirilib. Raket 350 km məsafəyə maksimum 100 km yüksəklikdə uçub və Koreya yarımadasının şərq sahillərində Yapon dənizinə düşüb. Bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamada fövqəladə mətbuat konfransında bildirib.

Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi bir gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib. Etirazçılar həmişəki…

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

Prezident İlham Əliyevin 2022-ci ilin noyabrın 26-da imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Belə ki, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı…

Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib

Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 “Şahed-136” PUA-sını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynaya 31 raket və 12 aviasiya endirib. Bundan başqa, reaktiv yaylım atəş sistemi ilə 70-dən artıq atəş açılıb. Məlumata görə, hücum nəticəsində Çerniqov, Sum, Kiyev, Xmelnitski, Donetsk, Nikolayev və…