ABŞ Türkiyənin adını dəyişdirdi

ABŞ-da Türkiyənin tələbi ilə rəsmi sənədlərdə ölkənin adını göstərilməsi üçün “Turkiye” yazılışından istifadə ediləcək. Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib. “Departament göstəriş verib ki, yeni rəsmi sənədlərdə “Turkey” əvəzinə “Turkiye” yazılışından istifadə edilsin, baxmayaraq ki, bu halda tələffüz dəyişməyəcək”, – deyə qurumdan bildirilib. Daha sonra Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə bu məlumatı…

İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi,…

“Güvəndiyiniz dağlara qar yağmadan qərarınızı verin”

“Heç bir təşəbbüsümüzə Yunanıstandan müsbət cavab almadıq”. Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. O qeyd edib ki, Yunanıstan gərginliyi aradan qaldırmaq üçün dəstək göstərmir. “Biz hücum və təqib etmirik. Amma bizə edilən heç bir təzyiqi cavabsız qoymayacağıq. Təxribatçı münasibətinizi dayandırın deyirik. Bütün gördüyünüz işlərə baxmayaraq, biz deyirik ki, gəlin problemləri dialoq yolu…

Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı ilə birbaşa yükdaşımaları başlayıb

Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı ilə birbaşa yükdaşımalarına başlanılıb. Bu barədə diplomatik mənbələrdən xəbər verilib. Bildirilib ki, normallaşma prosesi üçün iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində 2023-cü il yanvarın 1-dən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarətinə başlanılıb. Həmçinin o da vurğulanıb ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə…