Ukraynada rus rublu qadağan edilib. Ukrayna bankları artıq Rusiya valyutasını qəbul etməyəcək.
Bu barədə Platform4.news UMB-a istinadən bildirir.
Ukraynada Ukrayna Milli Bankı İdarə Heyətinin “Ukraynada banklar tərəfindən nağd pul əməliyyatlarının aparılmasına dair Təlimatda dəyişiklik edilməsi haqqında” 8 oktyabr 2021-ci il tarixli 103 nömrəli qərarı qüvvəyə minib.
Bu fərman noyabrın sonundan banklara fiziki şəxslərin depozit hesablarına işğalçı dövlətin xarici valyutasında nağd pul vəsaitlərinin qəbulunu qadağan edir. Buna görə də, bank müştəriləri artıq əmanətlərini rus rublu ilə doldura bilməyəcəklər.
Yeri gəlmişkən, “Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində vətəndaşların hüquq və azadlıqlarının və hüquqi rejimin təmin edilməsi haqqında” Ukrayna Qanununun qüvvədə olduğu müddət ərzində Rusiya Federasiyasının nağd valyutalarının qəbulu qadağan edilib .







