“Sərhədlərin təxirə salınmadan delimitasiyasına başlamağa hazırıq”

“Bu formatda görüş ilin əvvəlində keçirilib, indi isə ilin sonunda keçirilir, odur ki, yekunlar aparmaq olar”. Bunu noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən üçtərəfli görüşdə Prezident İlham Əliyev deyib. Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə ümumilikdə vəziyyət stabildir: “Ciddi insidentlər,…

“Yeni qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək”

“Yeni qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək”. Bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüşün yekununda deyib. Dövlət başçısı bildirib ki, Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətə töhfə verəcək. “Putin və Paşinyanla üçtərəfli görüşdə hərtərəfli və…

Azərbaycan, Rusiya və Ermənistan liderləri mətbuata bəyanatla çıxış ediblər

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il…

Bölgədə fərqli ab-hava yaranacaq” – Putin

“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli formatda danışıqlardan sonra regionda nəqliyyat kommunikasiyaları açılacaq”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşdə bildirib. “Bu gün üçtərəfli formatda müzakirə etdiyimiz rabitə, nəqliyyat marşrutları regionun bütün ölkələrinin, o cümlədən Rusiyanın iqtisadiyyatı üçün son dərəcə vacibdir, çünki…

Türkiyə F-16-lar üçün milliləşdirilən hissələrin kütləvi istehsalına başlayır

2005-ci ildə Türkiyə müdafiə sənayesində elektron alt sistem istehsalçısı olaraq fəaliyyətə başlayan “SDT Kosmos və Müdafiə Texnologiyaları” şirkəti “uzaqdan zondlama”, “radioelektron mübarizə və rabitə”, “simulyasiya və təlim” və “missiya sistemləri sahələrində bir çox vəzifələr icra edir. SDT tərəfindən hazırlanan fərqli alt sistemlər Türkiyə müdafiə sənayesinin son dövrlərdəki mühüm layihələrində, xüsusilə “Anka” PUA-larında, “Atak” helikopterində və”…

Səmada planetlərin mini paradı başlayıb

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  verilən məlumata görə, ötən gündən başlayaraq Venera, Saturn və Yupiter bir düz xətt üzrə düzülərək bir-birinə yaxınlaşıblar. Qeyd olunub ki, planetləri Günəş batdıqdan sonra adi gözlə də müşahidə etmək mümkündür: “Şimal yarımkürəsində gecə səmasında Venera üfüqə daha yaxın yerləşdiyindən, açıq bir yerdən müşahidə etmək daha əlverişlidir. Cənub yarımkürəsi üçün isə…