“Laçın bütünlükdə Azərbaycanın nəzarətinə keçir”

“Laçın şəhəri yaxın günlərdə bütünlükdə Azərbaycanın nəzarətinə keçəcək. Ermənilər qanunsuz məskunlaşdıqları ərazini avqustun sonunda tərk edəcəklər”. Bununla bağlı “Haber Global” hazırladığı materialda qeyd olunur. “Azərbaycanın Qarabağdakı qələbəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya 2020-ci il noyabrın 10-da bəyanat imzalayıblar. Bəyanatda bildirilir ki, həm Rusiya sülhməramlıları, həm də ermənilər Laçın dəhlizini tərk etməlidir. 1992-ci ildə işğaldan sonra…

Dünyaca məşhur azərbaycanlı professora “Diaspor fəaliyyətində xidmətinə görə” medalı təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İnsan Miqreni Araşdırmaları mərkəzinin rəhbəri, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü  Məsud Aşinaya “Diaspor fəaliyyətində xidmətinə görə” Azərbaycan Respublikasının medalını təqdim edib. Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd edək ki, Məsud Aşina 1965-ci ildə Azərbaycanda anadan olub. 1988-ci ildə…

Azərbaycan Gürcüstanın ən böyük ixracatçılarından biridir

Azərbaycan Gürcüstanın ən böyük ixracatçıları arasında yer alıb. Bu barədə ölkənin Milli Statistika Xidməti (“Sakstat”) məlumat yayıb. 2022-ci ilin yanvar-iyul aylarında Gürcüstanın ümumi ixrac həcmində 10 ən böyük ixracatçı ölkənin payı 79,6% təşkil edib. İlk üç ixracatçı siyahısında Çin (475,6 milyon ABŞ dolları), Azərbaycan (351,5 milyon ABŞ dolları) və Rusiya (339,1 milyon ABŞ dolları) var.…

Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. “Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib”, – o qeyd edib.