“İsrailin Ukraynaya silah tədarükü məsələsi araşdırılır”

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsi araşdırılır. “Silah tədarükü məsələsi İsrailin əvvəlki hökuməti tərəfindən nəzərdən keçirilib və rədd edilib. Mən bu mövzunu araşdırıb məqbul hesab etdiyim cavabı verəcəyəm”, – Netanyahu Fransanın LCI telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, qərar İsrailin milli maraqları nəzərə alınmaqla veriləcək. O, həmçinin əlavə edib…

Kanada “Leopard 2” əsas döyüş tanklarını Ukraynaya göndərdi

“Kanadanın Ukraynaya göndərdiyi ilk “Leopard 2” əsas döyüş tanklarını daşıyan təyyarə Halifax şəhərində yola düşdü”. Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand “Twitter”də məlumat verib. “Kanada Ukrayna xalqının yanındadır və biz Ukrayna Silahlı Qüvvələrini qələbə üçün lazım olan avadanlıqla təmin etməyə davam edəcəyik”, – Kanadanın milli müdafiə naziri qeyd edib.  

Hindistan silah idxalına 24 milyard dollar xərcləyib

Hindistanın silah və hərbi texnika idxalı 2018-2022-ci illər arasında təxminən 24 milyard dollara çatıb. Bu açıqlama ilə aşağı Hindistanın müdafiə naziri Adjay Bhatt çıxış edib. O vurğulayıb ki, Hindistan əsasən ABŞ, Rusiya, Fransa, İsrail və İspaniyadan silahlar alıb. “Son beş ildə Hindistan hökuməti 264 silah müqaviləsi imzalayıb” – deyə Adjay Bhatt bildirib. Hindistanlı nazir əlavə…

“Ermənistan ona uzanan sülh əlini tutmalıdır”

“Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək. Azərbaycan tək deyil. Möhtərəm Prezidentlərimizin (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan – Red.) çəkdiyi çərçivədə biz Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi və təchizatı üzərində işləyirik”. Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi və…

ABŞ tarixində ən soyuq temperatur qeydə alınıb

ABŞ-ın Nyu-Hempşir ştatında həftə sonu ABŞ tarixində ən soyuq temperatur qeydə alınıb. Meteoroloqlar qeyd ediblər ki, Vaşinqton dağının zirvəsində termometr göstəriciləri -42 dərəcə göstərib. NASA-nın məlumatına görə, zirvədəki mənzərə az qala Marsdakı kimi olub. Meteoroloqlar turistləri dağlarda gəzintidən çəkinməyə çağırıb və xəbərdarlıq ediblər ki, belə şaxta bir dəqiqədən az müddətdə açıq dəridə donmaya səbəb olacaq.

Aİ Gürcüstanı sanksiyalarla hədələdi

Avropa İttifaqı Gürcüstan hakimiyyətinə xəbərdarlıq edib ki, ölkə Rusiya ilə birbaşa uçuşları bərpa edərsə və Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi aviasiya sanksiyalarından yan keçərsə, sanksiyalara məruz qala bilər. Bu barədə Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib. “Avropa İttifaqı Gürcüstanı Aİ və digər ölkələrin Rusiyaya qarşı aviasiya sektorunda tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan…

Varşava hava limanında “Patriot” raketləri quraşdırılacaq

Polşanın hakimiyyət orqanları Varşava-Babitsa hava limanında “Patriot” zenit-raket kompleksi yerləşdirəcəklər. Bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak məlumat verib. O, bildirib ki, bu, 3-cü Varşava zenit-raket briqadasının əsgərlərinin təlimində mühüm elementdir. Qeyd edək ki, Polşa “Visla” orta mənzilli hava hücumundan müdafiə proqramı üçün əsas kimi “Patriot” sistemini seçib. Ölkə ordusu iki “Patriot” batareyası (16 buraxılış…