“ABŞ Türkiyəyə F-16 satmaqdan imtina etsə, uduzan tərəf olacaq”

ABŞ Türkiyəyə F-16 qırıcıları satmaqdan imtina edərsə, uduzan tərəf olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın cümə axşamı bildirib ki, Ankaranın müdafiə sənayesi də daxil olmaqla, alternativləri var. O, bir qrup amerikalı senatorun ABŞ prezidenti Co Baydenə Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük ərizəsini təsdiqləyənə qədər Türkiyəyə qırıcı təyyarələrin satışını təxirə salmaq tələbini…

Avstriya dörd rusiyalı diplomatı “persona non-qrata” elan etdi

Avstriya dörd rusiyalı diplomatı “persona non-qrata” elan edib. Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Twitter” səhifəsində məlumat verib. Nazirliyin məlumatına görə, Rusiya səfirliyinin iki diplomatı öz statuslarına uyğun gəlməyən hərəkətlərə yol verib. “Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşları arasında iki diplomat Baş Qərargah Sazişinə zidd hərəkətlər edib”, – deyə məlumatda qeyd edilib. Onlardan Avstriya ərazisini…

Estoniyada Zelenskinin “Azadlıq” heykəli qoyuldu

Estoniyanın Tırva şəhərində Ukrayna Prezidenti Volodimir Zelenskinin qumdan hazırlanmış nəhəng heykəli qoyulub. Bu barədə Estoniyanın Baş naziri Kaya Kallas “Instagram” səhifəsində məlumat verib. Onun sözlərinə görə, heykəl Azadlıq Parkında yerləşir. Kaya Kallas qeyd edib ki, şəhər sakinləri parkı ötən ilin iyununda açıblar və söz veriblər ki, Ukrayna müharibədə qalib gələnə qədər heykəl orada qalacaq. “Estoniyalıların…

“Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik”

“İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir”. Bu barədə Azərbaycan Prezidenti İlham…

Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk Avropa İttifaqı ölkəsidir

Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Bunu Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında söyləyib. “Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla…

“Azərbaycan və Rumıniya arasında güclü strateji tərəfdaşlıq əlaqələri mövcuddur”

“Azərbaycan və Rumıniya arasında güclü strateji tərəfdaşlıq əlaqələri mövcuddur”. Bunu Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannisin “Twitter”də yazıb. Bu gün Bakıda Prezident İlham Əliyevlə görüşən dövlət başçısı ölkəmizə ilk sərəfi münasibətilə sosial şəbəkədə paylaşım edib. “Bu tərəfaşlığı vətəndaşlarımızın rifahı naminə daha da möhkəmlənəcəyik”, – deyə Klaus Yohannisin əlavə edib.  

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təminatına əsaslı töhfələr verir”

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verir”. Bu barədə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib. Amerikalı qonaq qeyd edib ki, Cənub Qaz Dəhlizinin yaratdığı təməllər əsasında bərpa olunan enerji, o cümlədən yaşıl hidrogen sahəsində yeni əməkdaşlıq perspektivləri meydana çıxıb. Azərbaycan…

“Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb”

“Hazırda Azərbaycanın enerji diplomatiyası qarşısında yeni vəzifə və tapşırıqlar müəyyən edilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ötənilki iclasında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələr əldə olunub”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak etmək üçün Bakıya gələn ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə…