“2024-cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik”

Serbiya 2024-cü ilin əvvəlində Azərbaycanın təbii qazının tədarükünün başlayacağını gözləyir. Bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç bildirib. “Serbiya sonrakı mərhələdə Cənub Qaz Dəhlizi layihəsində daha çox iştirak etdi, lakin biz bu marşrutun bir hissəsi olmaq üçün səylə çalışırıq. Bu, bizə qaz təchizatı mənbələrimizi şaxələndirməyə və onları daha təhlükəsiz etməyə imkan verəcək”, –…

ABŞ Rusiyadan gələn neft məhsullarına yuxarı qiymət həddi tətbiq etdi

ABŞ maliyyə naziri Canet Yellen Rusiya neft məhsullarına yuxarı qiymət həddinin tətbiqi ilə bağlı sərəncam imzalayıb. Sərəncam fevralın 5-dən ABŞ-nin Şərq sahili vaxtı ilə saat 00:01-dən qüvvəyə minir. Müvafiq sənəd ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub. Vaşinqton və onun müttəfiqləri tərəfindən daha əvvəl əldə edilmiş razılaşmaya uyğun olaraq, ABŞ Rusiya Federasiyasından gələn neft məhsullarına kateqoriyasından…

Daha bir ölkə Ukraynaya “Leopard” tankları verəcək

Portuqaliya Baş naziri Antonio Kosta Ukrayna Silahlı Qüvvələrini “Leopard-2” tankları ilə təmin edəcəyinə söz verib. Bu barədə nazir Mərkəzi Afrika Respublikasına səfəri zamanı bildirib. O qeyd edib ki, Lissabon Ukrayna qoşunlarına zirehli texnika göndərilməsi imkanlarını nəzərdən keçirir. Lakin göndəriləcək tankların dəqiq sayını açıqlamayıb. “Hazırda bəzi tanklarımızı göndərmək üzərində işləyirik. Mən bilirəm nə qədər tank göndəriləcək,…

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirinin 4-cü günündə Azərbaycan güləşçisi Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan Güləş Federasiyasından bildirilib ki, təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. Qeyd edək ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb. Qadın güləşi 53 kq Təsnifat…

ABŞ İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə daşınan silahları müsadirə etdi

İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə silah-sursat daşınmasının qarşısı alınıb. Bu barədə “Azad İran” “Telegram” kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamaya istinadla bildirib. Məlumata görə, Oman körfəzində 15 yanvarda başlayan əməliyyatda Yəmənə qeyri-qanuni nəql olunan İrana məxsus üç mindən çox tüfəng, 578 min güllə və 23 tank əleyhinə idarə olunan raket aşkar edilərək müsadirə olunub.…

ABŞ Çinin hava şarını vurub

ABŞ hava məkanına daxil olan Çin hava şarını vurub. Hazırda vurulan şarın tullantıların sudan çıxarılması üzrə əməliyyat aparılır. Hadisənin digər təfərrüatları hələ açıqlanmır. Xatırladaq ki, bir müddət əvvəl Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ səlahiyyətliləri ölkənin kontinental hissəsində kəşfiyyat şarını qeydə alıblar.