Azərbaycanlı həkim Çeçenistan hökumətində yüksək vəzifəyə təyin olunub

Xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə nüfuz sahibinə çevrilməsi və yüksək etimada layiq görülməsi prosesi davam edir. Belə soydaşlarımızdan biri də Elxan Süleymanovdur. Bu günlərdə E.Süleymanov Rusiya Federasiyasının Çeçenistan Respublikası hökumətinin sədr müavini vəzifəsinə təyin olunub. Bu yüksək dövlət vəzifəsinə qədər Azərbaycan əsilli məmur Çeçenistan Respublikasının səhiyyə naziri olub. Qeyd edək ki, Elxan Süleymanov 1974-cü ildə…

“Onları türk dronları ilə vuracağıq”

Türkiyə Nigerə “Bayraktar TB2” pilotsuz uçan aparatlar (PUA), təlim təyyarəsi “Hürkuş” və digər zirehli texnikaların satışına dair razılığa gəlib. Nigerin qonşusu Malidən gəlib ölkə ərazisində terror aktları törədən “Əl-Qaidə” və İŞİD yaraqlılarına qarşı PUA, təlim təyyarələri və zirehli maşınlardan istifadə edəcəyi gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nigerli həmkarı Məhəmməd Bazumla telefon danışığı zamanı bu…

Putin dünyanı hədələmişdi…

Son illər qonşuları ilə gərgin münasibətlərlə gündəmə gələn və hərbi sahədə xüsusi fəallıq göstərən Rusiya son günlər ordusuna hipersəs raketlərinin cəlb olunacağı ilə diqqət mərkəzindədir. Başda ABŞ olmaqla bir çox ölkəni hədələyən Rusiya ilə bağlı növbəti tənqidi açıqlama Amerikadan gəlib. ABŞ Kosmik Qüvvələrinin Kosmik Əməliyyatlar İdarəsi komandanının müavini general Devid Tompson bildirib ki, Rusiya və…

Noyabrın 22-də Saxa Respublikasında 45 dərəcəyə qədər şaxta

Noyabrın 22-də Saxa Respublikasında (Yakutiya) 45 dərəcəyə qədər şaxta qeydə alınıb. Respublikanın belə hava şəraitinin qeydə alındığı yaşayış məntəqələri arasında Kobyay ulusunun Batamay kəndi qeyd olunur. Məlumatı Yakutiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin saytı təqdim edib. “Qeydə alınan temperatur mənfi 45 dərəcə, təzyiq 773 millimetr civə sütunudur, şimal-şərq küləyinin gücü saniyədə bir metrə çatıb”,…

“Donanmamız müdafiəsizdir, Rusiya hücuma keçsə…”

Amerikalı hərbi eksperti Cerri Hendriks “Wall Street Journal” üçün yazdığı məqalədə ABŞ təyyarədaşıyıcılarının təhlükəsizlik baxımından zəif olduğunu və bunun onları Rusiya və Çin raketlərinə qarşı müdafiəsiz qoyduğunu bildirib. ABŞ-ın döyüş gəmilərinin sahildəki hədəflərə hücum imkanı olmadığına diqqət çəkən Hendriksin fikrincə, Amerika Çin və Rusiya ilə rəqabət aparmaq üçün hücum məsafəsini artırmalıdır. O qeyd edib ki,…

“Buna heç vaxt imkan verməyəcəyik”

Pekin ABŞ-la Çin arasında rəqabətdə üçüncü ölkələrin tərəf olmağa sürüklənməməsinin vacibliyini bəyan edir. Bunu Çinin xarici işlər naziri Vanq Yi bildirib. Dünyanın gələcəyinin Vaşinqton və Pekinin münasibətlərinin necə irəliləyəcəyinə bağlı olduğunu ifadə edən Vanq deyib ki, əlaqələri qəsdən kəsməyə əsaslanan şiddətli rəqabət əvəzinə, müsbət və mülayim bir yanaşma qarşılıqlı prinsipə əsaslanmalıdır: “Fayda və qazan-qazan, burada…