Böyük Britaniya taxılla Ukrayna limanlarını açmaq müqabilində Rusiya Federasiyasından sanksiyaları ləğv etməyi planlaşdırmır.
“The Guardian” müdafiə naziri Ben Uollesə istinadən xəbər verir ki, eyni zamanda Böyük Britaniya Ukraynadan taxıl ixracına icazə verməyə çağırıb.
Onun sözlərinə görə, Rusiya “düzgün işlər görməlidir”. O, onu aclığın inkişaf edə biləcəyi ölkələrə kömək etmək üçün Ukraynadan taxıl ixracına mane olmağı dayandırmağa çağırıb.
Uolles digər Qara dəniz ölkələrinin taxıl daşımalarını müşayiət edə bilməsi təklifini alqışlayıb.