Diasporla İş üzrə Dövlət Komitəsində genişləndirilmiş Kollegiya iclası keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) genişləndirilmiş Kollegiya iclası keçirilib. İclas Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Toplantını açıq elan edən Komitə sədri Fuad Muradov qurultayın yüksək səviyyədə təşkilində fəal iştiraklarına görə DİDK əməkdaşlarına təşəkkürünü…

Britaniya Kraliçası İlham Əliyevi təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram. Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq”.