Azad Vətən Partiyası (AZAD VƏTƏN) Azərbaycan Respublikasının Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.
Platform4.news Azad Vətən Partiyasının mətbuat xidmətinə istinadən bildirir ki, partiya sədri Akif Nağı Ədliyyə Nazirliyinə dəvət edilib, Nazrliyin İdarə rəisi İlqar Məmmədov onu qəbul edib, xoş arzularını, təbriklərini bildirib. Partiyanın qeydiyyata alınmasına dair şəhadətnaməni, təsdiq olunmuş nizamnaməni təqdim edib.
A.Nağı partiyaların fəaliyyəti üçün yaradılan şəraitə, sağlam dialoq və rəqabət mühitinə görə dövlət rəhbərliyinə təşəkkürünü bildirib, partiyaların fəaliyyəti ilə əlaqəli qurumların son illərdəki işlərinin təqdirəlayiq olduğunu vurğulayıb.
PLATFORM4.NEWS
06.09.2022.