“Rusiya beynəlxalq tribunalda mühakimə olunmalıdır”

“Rusiya tərəfindən ukraynalı uşaqların oğurlanması hərbi cinayətdir və xüsusi beynəlxalq tribunalda mühakimə edilməlidir”. Bu barədə uşaq hüquqları üzrə polşalı spiker Nikolay Pavlyak “Polşa radiosu 24” radiosunun efirində bildirib. Spikerin sözlərinə görə, beynəlxalq tribunal Rusiyanı ukraynalı uşaqların oğurlanmasına görə mühakimə etməlidir. Qaçırılan ukraynalı uşaqların çoxu Rusiya ailələri tərəfindən götürülür. O, bu yolla Rusiyanın beynəlxalq konvensiyaları pozduğunu…

Zelenski Ukraynaya kütləvi raket hücumunun səbəbini açıqladı

Rusiya hərbçiləri döyüş meydanında Ukrayna müdafiəçilərilə bacara bilmədikləri üçün raket terroruna əl atırlar. Bunu öz videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Ukraynanı qorxutmaq mümkün deyil. Yalnız daha çox birləşdirmək mümkündür. Ukraynanı dayandırmaq mümkün deyil. Yalnız daha çox inandırmaq mümkündür ki, terrorçuları zərərsizləşdirmək lazımdır. İndi də işğalçılar döyüş meydanında bizə qarşı çıxa bilmirlər və buna görə…

Polşa XİN vətəndaşlarına Belarusu tərk etməyi tövsiyə edib

Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Belarusu tərk etməyi və bu ölkəyə səfərdən çəkinməyi tövsiyə edib. Müvafiq məlumat bazar ertəsi departamentin rəsmi saytında yayılıb. “Gərginliyin artması, regiondakı hərbi hadisələr və Polşa vətəndaşlarının təkrar həbs halları ilə əlaqədar XİN Polşa vətəndaşlarına Belarus Respublikasına getməməyi tövsiyə edir”, – məlumatda deyilir. Nazirlikdən qeyd olunub ki, təhlükəsizlik vəziyyətinin kəskin…

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 62 870 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 495 tank, 5 149 zirehli maşın, 1 486 artilleriya sistemi, 353 reaktiv yaylım atəşi sistemi, 181…

Kiyevin mərkəzində yerləşən körpü Rusiya ordusu tərəfindən vuruldu

Kiyevin mərkəzinə yerləşən, piyada və velosipedçilərin hərəkəti üçün nəzərdə tutulan Kliçko körpüsü Rusiya ordusu tərəfindən vurulub. Partlayış anı ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Qeyd edək ki, Kliçko körpüsünün açılışı 2019-cu ildə baş tutmuşdu. Xatırladaq ki, bu gün səhər saatlarında etibarən Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb.  

Kiyevə raket zərbələri. Ölən və yaralananlarla bağlı məlumat – Foto

Kiyevdə raket hücumları nəticəsində 5 nəfər ölüb. Daha 51 nəfər yaralanıb. Onlardan 42-si xəstəxanaya yerləşdirilib. Rusiya raketləri paytaxtın bir neçə rayonunu vurub. Xüsusilə şəhərin mərkəzi hissəsini. Bu barədə Kiyev şəhərində yaşayan, Platform4.news  saytının baş redaktoru Qulu İbrahimov məlumat verib. Onun sözlərinə görə, ruslar şəhərin bir neçə kritik infrastrukturunu vurublar. Raket hücumları nəticəsində Kiyevin mərkəzində ali…