Prezident İlham Əliyev qırğızıstanlı həmkarına təşəkkür etdi

“Bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib. “Sadır Nurqojoyeviçin də qeyd etdiyi kimi, bu gün biz daha…

Almaniya Ukraynaya vəd etdiyi HHM sistemini təhvil verdi

Almaniya Ukraynaya vəd edilmiş dörd “Iris-T SLM” hava hücumundan müdafiə sistemlərindən birincisini təhvil verib. Təhvilvermə prosesi Polşa-Ukrayna sərhədi yaxınlığında baş tutub. “Diehl Defense” şirkəti tərəfindən hazırlanan silah Almaniyada ən müasir hava hücumundan müdafiə sistemidir. Quruda yerləşən zenit sistemi ilk növbədə Rusiya ordusunun hava zərbələrini dəf etməklə mülki əhalinin müdafiəsi məqsədi daşıyır. Böyük şəhərlərin də hava…

“Rusiyada inqilabi proseslər baş verəcək”

“Beynəlxalq birliyin əsas ölkələri başa düşməyə başladılar ki, Rusiya artıq bu formada mövcud olmamalıdır. Rusiya Federasiyası Ukraynaya qarşı başlatdığı müharibədə uduzmalıdır”. Bu fikirlə Volodimir Zelenskinin Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib. O, bu barədə Volodimir Zelenskinin videokonfransda çıxışından sonra G7 liderlərinin birgə kommünikesini şərh edərkən deyib. “Cavabını tapmayan yeganə sual beynəlxalq birliyin Ukraynanı mümkün…

Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobili atəşə tutulub

Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş…

Bu gün Xüsusi Təyinatlı şəhid komandir Azər Mikayılovun ANIM GÜNÜDÜR

Azər Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub. Platform4.news  xəbər verir ki, Azərbaycan Ordusunun mayoru Azər Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Mikayılov oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid…

Vətən müharibəsinin daha 62 iştirakçısı polis orqanlarında xidmətə qəbul olundu

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Sıra baxışında 337 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 62 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.