ABŞ hökuməti Konqresə Türkiyəyə F-16-ların satışına dair sorğu göndərib

ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib. Bunu çərşənbə axşamı Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi müntəzəm mətbuat brifinqində təsdiqləyib. ABŞ ordusunun sözçüsü Vaşinqtonun Ankaraya F-16-ların tədarükü ilə bağlı sualı cavablandırarkən deyib: “Məsələnin Konqres tərəfindən nəzərdən keçirildiyini diqqətə alaraq, bu işin hazırkı vəziyyəti barədə danışmaq hüququnu Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə verərdim.…

Dneprdə raket zərbəsindən dağılan binada axtarış-xilasetmə işləri yekunlaşdı

Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına Rusiyanın raket zərbəsi nəticəsində 44 nəfər həlak olub. Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib. Onun sözlərinə görə, axtarış-xilasetmə işləri yekunlaşıb. Ölənlər arasında beş uşaq var. Ən kiçik oğlanın heç yaşı tamam olmayıb. 39 nəfər xilas edilib.

Putin Rusiya ordusunun şəxsi heyətinin 1,5 milyon nəfərə çatdırılması qərarını təsdiqləyib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin sayının 1,5 milyon hərbçiyə çatdırılması barədə qərar qəbul edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qurumun rəhbəri Sergey Şoyqu bildirib ki, Moskva və Leninqrad hərbi dairələri, habelə müvəqqəti işğal olunmuş ərazilərdə özünü təmin edən qoşun qrupları (qüvvələr) yaradılacaq. Kareliyada bir ordu korpusunun, Quru Qoşunlarının tərkibində üç motoatıcı…

“Sanksiyalar Rusiya iqtisadiyyatını onilliklər ərzində resessiyaya sürükləyəcək”

Avropa Komissiyası (AK) ümid edir ki, Avropa İttifaqının sanksiyaları “Rusiya iqtisadiyyatını onilliklər ərzində resessiyaya sürükləyəcək”. Bunu AK-nın rəhbəri Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib. “Biz Rusiya iqtisadiyyatını onilliklər ərzində tənəzzülə sürükləyən ən güclü sanksiyaları tətbiq edirik və onun sənayesi müasir və kritik texnologiyalardan məhrum olacaq”, – deyə o bildirib.…

Azərbaycanlı alim beynəlxalq mükafata layiq görülüb

Tanınmış azərbaycanlı alim Əhəd Canəhmədov akademik Boris Qusev adına Beynəlxalq mükafata layiq görülüb və “Şöhrət Ulduzu” ordeni ilə təltif edilib. Alim bu mükafata mühəndisliyin inkişafındakı müstəsna xidmətlərinə, yeni texnologiyaların və materialların işlənib hazırlanmasında və tətbiqində yüksək nəticələrinə, beynəlxalq və Azərbaycan mühəndislik akademiyalarının fəaliyyətində fəal iştirakına, mühəndislik elminin, eləcə də dövlətlərarası elmi-texniki əlaqələrin inkişafındakı xidmətlərinə görə…

“Azərbaycan önəmli tranzit ölkəyə çevrilib”

Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu barədə Prezident İlham Əliyev yanvarın 17-də Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşdə bildirib. Bu sahədə də “Damen Shipyards Group” şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensialın mövcud olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini vurğulayaraq,…