Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
İyunun 10-da Bakıda Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin məlumatına görə, Tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətləri,…








