XII Qəbələ Musiqi Festifalı keçiriləcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən keçirilən və ötən dövr ərzində dünya musiqi xəritəsində özünəməxsus yer tutan Qəbələ Musiqi Festivalı bu il yenidən Qəbələ sakinlərinin və şəhərimizin qonaqlarının görüşünə gələrək musiqisevərlərin sevincinə səbəb olacaq.   Rezonans.az-ın məlumatına görə Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi, həmçinin Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət…

Rusiyadan Paşinyanın KTMT təklifinə

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhəddi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifi siyasi xarakter daşıyır. Bu sözləri Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib. Onun sözlərinə görə, bu cür təhlükəsizlik məsələləri adətən sakitlikdə həll edilir: “Mətbuatın iştirak etdiyi açıq meydançalarda bu cür bəyanatlar siyasi xal qazanmaq, hökumətdə, parlamentdə və…

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Füzulidə

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri iyulun 29-da Füzuli şəhərində olublar. Nümayəndə heyətlərinin üzvlərinə Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar, həmçinin dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib. Qonaqlar erməni vandalları tərəfindən dağıdılan…

Rusiyadan Türkiyəyə dəstək gəldi

Dünən günorta saatlarından Antaliyanın Managvat mahalında baş verən yanğınların söndürülməsi işi davam edir. Baş verən hadisədən sonra Rusiya Türkiyəyə 3 ədəd “Be-200” yanğınsöndürmə təyyarəsi göndərib. Məlumatı Rusiyanın Türkiyədəki Səfirliyi tvitterdə paylaşıb. Paylaşımda deyilir: “Türkiyənin cənubunda baş verən yanğınların ən qısa müddətdə və ən az zərərlə söndürülməsi üçün çalışırıq. Rusiyanın 3 ədəd “Be-200” yanğın söndürmə təyyarələri…

Milli Qəhrəman Polad Həşimova ithaf edilmiş kitabın təqdimatı keçirildi

İyulun 28-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə ithaf edilmiş “Polad necə bərkdi” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Polad Həşimovun anası Səmayə xanım, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, fəlsəfə doktoru, pedaqoq Mail Yaqub, KİV rəhbərləri və ziyalılar iştirak ediblər. Tədbir zamanı ilk olaraq Azərbaycanın suverenliyi,…

Rus ordusu Polşa sərhədinə çatdı

Rusiya və Belarus silahlı qüvvələri Polşa sərhədləri yaxınlığında hərbi təlimlərə başlayır. Bu barədə Polşanın “Do Rzeczy” nəşri məlumat yayıb. Bu məqsədlə Belarus-Polşa sərhədlərinə çox sayda hərbi texnikanın yerləşdirildiyi bildirilib. Rusiya-Belarus birgə hərbi təlimləri 10-16 sentyabr tarixlərində keçiriləcək. İyul ayında, Polşa və Litva sərhədlərindən uzaq olmayan Qrodno bölgəsində yerli ərazi müdafiə qüvvələrinin yoxlanılmasının ilk mərhələsi başlayıb.…

Leyla Abdullayeva: “Ermənistan ətraf mühiti zəhərləyir”

“Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib. Onun sözlərinə görə, bu tullantılar çayın faunasını məhv edir və insan sağlamlığı üçün təhlükəlidir. “İnsanlar və ətraf mühitin zəhərləndirilməsi dayanmalıdır!”, Azərbaycan XİN sözçüsü vurğulayıb.