Əsəd Qeysər: Pakistan Qarabağda turizmin inkişafına dəstək verməyə hazırdır

Burada aparılan quruculuq işləri ilə tanış olduq. Pakistan olaraq biz buradakı quruculuq işlərinə öz töhfəmizi verməyə şad olarıq. Hətta burada turizmin inkişafına da dəstək olmağa hazırıq. Bu fikirlər Şuşada səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər məxsusdur. O, həmçinin bildirib: “Biz bölgənin iqtisadi inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çox şadam ki, Azərbaycan…

Ərdoğan: “Bütün imkanlar yanğınların söndürülməsinə səfərbər edilib”

Türkiyə hakimiyyəti bütün qüvvələrini ölkədəki meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edib. Bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Türkiyə hakimiyyəti bütün imkanlarını meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsinə səfərbər edib”, – prezident qeyd edib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə meşə yanğınlarını milli fəlakət adlandırıb. O, qeyd edib ki, ölkənin bütün qurumları əlaqəli şəkildə…

ABŞ geri çəkildi, Türkiyə hərəkətə keçdi

NATO Türkiyədə Əfqanıstan ordusu üçün ilk təlim proqramını başladıb. Bu, əfqan hərbçiləri üçün NATO-nun təklifi ilə vətənlərindən kənarda həyata keçiriləcək ilk proqramdır. Əfqan hərbçilər artıq təlim kursları üçün Türkiyəyə gəliblər. Əfqanıstandakı vəziyyət ABŞ və NATO ölkələrinin mayın 1-də Əfqanıstan ərazilərindən qoşunlarını rəsmi şəkildə geri çəkməyə başlamasından sonra gərginləşib. ABŞ Prezidenti Co Bayden Amerika ordusunun avqustun…

Səfirlik: Konqresmenin düzəlişi ABŞ-la münasibətlərə xələl gətirmək məqsədi güdürr

ABŞ Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar üzrə qanun layihəsi çərçivəsində qəbul olunmuş ermənipərəst konqresmen Frənk Pəllonun düzəlişi, Azərbaycan-Amerika tərəfdaşlığına xələl gətirmək və ABŞ-ın təhlükəsizlik layihələrinə mane olmaq istəyən ermənipərəst qrupların artıq bir neçə ildir ki, müşahidə etdiyimiz yanaşmasını əks etdirir. Bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar qanunvericiliyi çərçivəsində qəbul edilmiş…

Azərbaycan millisinin hücumçusu Portuqaliya klubuna keçdi

Azərbaycan millisinin və İngiltərənin “Vulverhempton” komandasının futbolçusu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək. 22 yaşlı hücumçu bu ölkənin “Tondela” klubuna keçib. O, növbəti mövsümü icarə əsasında bu komandada keçirəcək. Keçidi ilə bağlı yeni klubunun rəsmi saytına danışan gənc forvard meydana çıxmaq üçün səbirsizləndiyini bildirib: “Karyeramdakı bu addımdan razıyam. Ailəm və dostlarımla danışdım. Bu variantın mənim…