Əskişəhər Azərbaycanlıları Dərnəyi müsabiqə elan edib

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlıları Dərnəyinin təşəbbüsünə əsasən “Üççizgi” dərgisi ilə “Siz haradasınız?” adlı müsabiqəyə start verilib. Dərnəyin yaradılmasının 11-cü ildönümü münasibətilə 2021-ci il 20 avqust tarixindən açıq elan edilən müsabiqəyə “Dəmir Yumruğ”un gücü ilə qazanılan Qarabağ zəfərinin birinci ildönümündə – 2021-ci il 8 noyabr tarixində yekun vurulacaq. Müsabiqədə iştirak etmək istəyənlər bu şərtlərə əməl…

Azərbaycan dilini mənimsəyən müdavimlərə diplomlar təqdim edilib

Misirin paytaxtı Qahirə şəhərində fəaliyyət göstərən diaspor mərkəzində Azərbaycan dili, Quran qiraəti və xəttatlıq kurslarını bitirən müdavimlərə diplomların təqdimolunma mərasimi keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov bildirib ki, diaspor mərkəzində Azərbaycan dilini öyrənən 12 müdavim kursu müvəffəqiyyətlə bitirib. Məzunların Misirin müxtəlif universitetlərində təhsil…

Azərbaycan diasporu festivalda Vətəni təmsil edib

Ukraynanın müstəqilliyinin 30-cu ildönümünə və Dövlət bayrağı gününə həsr olunmuş “Biz fərqliyik, amma birik. Biz sənin övladlarınıq, Ukrayna!” şüarı ilə keçirilən “Etnik Çələng” («Етнічний віночок») festivalında Azərbaycan diasporunun simasında Vətənimizi Ukrayna Azərbaycanlıları Radası təmsil edib. Bayram tədbirində iştirak edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov festivalın fəxri qonağı olan Desnyansk rayon adminstrasiyasının rəhbəri Dmitri…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər. Prezidentin köməkçisi Anar Ələkbərov burada yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Bir zamanlar baxımsız ərazi olan bu yerin indi həmin görkəmindən əsər-əlamət qalmayıb. Paytaxtın Xətai rayonunda yerləşən ərazi…