İsrail Bəşər Əsəd və İran bazalarını vurdu

İsrail qırıcıları Livan hava sahəsindən istifadə etməklə Suriyanın paytaxtı Dəməşq çevrəsində bəzi hədəfləri zərbələr endirib. İsrail qırıcıları Dəməşq yaxınlığındakı Kişvah dağlarında yerləşən Bəşər Əsəd qüvvələrinin və İran meyilli milislərin bazalarını vurub. Suriya hava hücumundan müdafiə sistemləri hava hücumuna qarşılıq versə də, Dəməşqdə partlayış səsləri eşidilib. Təl-Əviv hava hücumuna dair açıqlama yaymayıb.

Bu ölkələr xəritədən silinəcək: Dəniz bir anda udacaq

İqlim dəyişikliklikləri hesabatı bir sıra ölkələrin xəritələrdən silinmə təhlükəsi altında olduğunu üzə çıxarıb. Həmin hesabata görə, Cənubi Sakit okean ölkəsi Tuvalu xəritədən silinə bilər. Solomon və Marşal adaları kimi dəniz səviyyəsinə yaxın digər arxipelaqların da su altında qalma riski var. “Qlobal istiləşmənin təsirləri və gələcəyinin dərin təhlili” adlı hesabat BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli…

Ərdoğan: “Lazım gələrsə, “Taliban”la görüşəcəyik”

“Lazım gələrsə, ən önəmli məqsədimiz olan sabitlik və təhlükəsizlik naminə “Taliban” hökumətilə görüşüb ortaq mövzularımızı müzakirə edəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib. Prezident Amerikanın Əfqanıstandan çəkilməsindən sonra, bu ölkədə müxtəlif təşəbbüsün göstərilməsi ilə bağlı Türkiyə tərəfindən danışıqlar aparıldığını vurğulayıb: “Ancaq “Taliban” ölkəni demək olar ki, bütünlükdə nəzarətə…

Qazaxıstan və Rusiya arasında gərginlik

Qazaxıstan hakimiyyətini bu ölkədə yaşayan etnik ruslar və rus dilinə qarşı ayrı-seçkilik etməkdə ittiham edən hüquqşünas Ermek Tayçibekov 7 il azadlıqdan məhrum olunub. Almatı məhkəməsində hakim qarşısına çıxarılan hüquq müdafiəçisi cəzasını sərt rejimli koloniyada çəkəcək. O, ölkədə millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilinib. Tayçibekov və ailə üzvləri məhkəmənin qərarına etiraz edib. Hüquq müdafiəçisinin cəzalandırılmasına ötən il…