Hərbi elmdə ilk – Qarabağ necə azad edildi? – VİDEO

Qarabağ necə azad olundu? Birincisi, Qarabağda düşmənə birbaşa təmas olmadan PUA-ların köməyi ilə zərbələr dünyada digər münaqişələrdən daha çox tətbiq edildi. Bu, əlbəttə ki, döyüş əməliyyatlarının aparılmasında bütün dünya ölkələri üçün nümunədir. Bu fikirləri Qazaxıstan Hərbi Elmlər Akademiyasının prezidenti, polkovnik Muxtar Serkpayev bildirib. “İkincisi, ölkə rəhbərliyinin və Azərbaycanın Silahlı Qüvvələrinin qarşısında işğal olunmuş ərazilərin tezliklə…

Azərbaycan Moskvada beynəlxalq turizm sərgisində Şuşa stendi ilə təmsil olunur

Rusiya paytaxtında “Otdıx Leasure 2021” – beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb. Beynəlxalq turizm sərgisi “Rock tourism” devizi altında keçirilir. Sərgiyə 21 ölkə, o cümlədən Azərbaycan da qatılıb. Azərbaycan sərgidə ayrıca stendlə təmsil olunur. Ümumi stendin daxilində isə Şuşa, Şəki və Qəbələ adlı stendlər də mövcuddur. Ümumilikdə sərgidə öz məhsullarını nümayiş etdirən 11 şirkət Azərbaycanı təmsil…

Rusların özbaşınalığı artır: Krımda kritik durum

Dünya Krım Tatar Konqresinin baş katibi, vəkil Namiq Kamal Bayar Rusiya hüquq mühafizə orqanlarının Krımda Nəriman Cəlal, Eldar Odaman, Asan və Əziz Ahtəm qardaşları ilə Şövkət Useini həbs etməsini pisləyir. Platform4.news xəbər verir ki, rus təhlükəsizlik qüvvələri adı çəkilən insanların evinə hücum edib ki, bu da insan hüquqlarının pozulması kimi qiymətləndirilir. Bundan başqa, beş tatarın…

NATO İranı ittiham etdi: Nüvə ballistik arsenalını qurmağa çalışır

İranla bağlı ittihamı NATO Baş katibi Yens Stoltonberq Kopenhagendə keçirilən silahlanmaya nəzarət, tərksilah, kütləvi qırğın silahlarının yayılmaması mövzusunda ittifaqın 17-ci illik konfransında səsləndirib. NATO Baş katibi Stoltonberq bildirib ki, İran nüvə ballistik arsenalını qurmağa çalışır. Parstoday.com saytı isə bildirir ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni imzalayan və MAQATE-nin üzvü olan İran sülh məqsədləri üçün nüvə…

“Paşinyan Qarabağ iddiasından imtina edib”

Ermənistanın indiki hakimiyyəti Qarabağa olan iddiasından imtina edib. Bunu erməni hərbi ekspert Gevorq Gevorqyan deyib. Ekspertin fikrincə, Qarabağ məsələsi Nikol Paşinyan hökumətini artıq maraqlandırmır. Gevorqyan qeyd edib ki, hakimiyyət Qarabağa iddiasından imtina etdiyi üçün “müstəqillik günü” üçün Xankəndinə öz nümayəndələrini göndərməyib. “Qarabağla bağlı məsələlər Ermənistanın indiki hakimiyyətini narahat etmir. Çünki ondan imtina edib”, – Gevorqyan…

“Bunu qəbul etməyimiz üçün…”

“Bütün dünyanın Talibanı qəbul etməsi üçün əhatəli hökumət qurulmalıdır”. Bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bu məsələdə tələsməməliyik. Dünya da tələsməməlidir. Burada balansa ehtiyac var. Türkiyə olaraq belə davranırıq. Hökumətin əhatəli olması lazımdır. Hökumətdə yalnız Taliban varsa, digər etnik qruplardan olan insanlar də olmalıdır. Qadınlara hökumətdə yer verilməlidir. Ölkənin vətəndaş müharibəsinə sürüklənməməsi üçün…

ABŞ Kubaya qarşı embarqonu daha bir il uzatdı

ABŞ Prezidenti Cozef Bayden Kubaya qarşı tətbiq olunan ticarət məhdudiyyətlərinin 14 sentyabr 2022-ci il tarixinə qədər uzadılmasına qərar verib. Platform4.news  xəbər verir ki, sözügedən bəyanat Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb. Sənəddə deyilir ki, ABŞ-ın milli maraqlarına uyğun olaraq Kubaya qarşı tətbiq edilən məhdudiyyətlər daha bir il uzadılıb. Qeyd edək ki, bu, 1917-ci ildə qüvvəyə…