Qəbələdə şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub

Qəbələ şəhərində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış hərbi həkim Ənvərli Aqşin Faiq oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin açılışı münasibətilə tədbir keçirilib.   Rezonans.az xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhidin ailə üzvləri, təhsil aldığı məktəbin kollektivinin və döyüş yoldaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər…

Biz artıq Şuşanı da, Qarabağı da unutduq – Sarkisyan

“1992-ci ildə Şuşa şəhəri bizim nəzarətimiz altına keçdikdən sonra ermənilər azərbaycanlıların evlərini dağıdıb yana biləcək hər şeyi sındıraraq, qışda qızınmaq üçün istifadə edirdilər”. Bunu işğal altında olduğu dövrdə 7 il Şuşanın “meri” işləmiş Artsvik Sarkisyan bildirib. Onun sözlərinə görə, 7 il ərzində o, Şuşa şəhərinə tətbiq olunan heç bir investisiya görməyib: “Şəhərdə insanlar öz hesabına yollara asfalt…

Bayden administrasiyası əvvəlki kimi “Şimal axını-2”yə qarşıdır

ABŞ Prezidenti Co Baydenin administrasiyası “Şimal axını-2” layihəsinin reallaşmasını dayandırmağın mümkün olmadığını dərk edir. Platform4.news-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. r əvvəlki kimi bu layihəyə qarşıdırlar. Lakin anlayırlar ki, onu dayandırmaq mümkün deyil. Həyata keçirilməyən bir işlə məşğul olduğunuzu başa düşürsünüzsə, sağlam düşüncəniz sizə onu bir…

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş – 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Platform4.news-ə verilən məlumata görə, Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib. Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq…

Hikmət Hacıyevdən Zəngəzur dəhlizinin açılması ilə bağlı açıqlama

“Prezidentin qoyduğu tapşırıqlara və təlimatlara uyğun olaraq, Azərbaycanın işğaldan azad olunan torpaqlarında genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir”. Platform4.news-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibısində bildirib. O, Şuşa şəhərinə çəkilən Zəfər yolunun olduğunu da xatırladıb: “Amma cənab Prezidentin dediyi kimi Azərbaycan dövlətinin istəyi…

Daha yaxşı zərbə PUA-ları düzəltmək istəyirik – İsmail Demir

“Müdafiə sənayesində pandemiya səbəbindən layihələrimizdə fasilələr olmadı”. Platform4.news  xəbər verir ki, bunu “TRT Haber”ə müsahibəsi zamanı Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir söyləyib. “Müdafiə sənayesində pandemiya dönəmini “dayanmaq yoxdur, yola davam” şüarı çərçivəsində keçirdik. Təbii ki, tədbirləri maksimum səviyyədə alaraq məsafə və digər şərtlərə əməl etdik. Bir az yavaşlama oldu, amma layihələrimizdə…

ABŞ Rusiya sərhədində bioloji silahlar hazırlayır

ABŞ bioloji laboratoriyalarının Rusiya sərhədləri boyunca nəzarətsiz genişləndirilməsi Rusiyada və dünya ictimaiyyətində narahatlıq yaradır. Platform4.news  xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsi sədrinin müavini Aleksandr Fyodorov deyib. Qeyd edək ki, bundan öncə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya və Çin sərhədlərində yeni bioloji laboratoriyaların artdığını bildirmişdi. O, bu bioloji laboratoriyalarda bioloji silahların hazırlandığını söyləmişdi.

Fulya filminin çəkilişləri başa çatdı

“Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişləri başa çatıb. Platform4.news  xəbər verir ki, bu barədə Fulya Öztürk sosial media hesabında paylaşım edib. Film 7 oktyabrda Avropa, 8 oktyabrda isə Türkiyə kinoteatrlarında izləyicilərə təqdim olunacaq. Qeyd edək ki, film Vətən müharibəsi zamanı müharibənin acı həqiqətlərini dünyaya çatdıran ”CNN Türk”…