Füzuli Hava Limanına beynəlxalq status verilib

Füzuli Hava Limanına beynəlxalq status verilib. Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alaraq verilib. Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq…

Nazir Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında

2021-ci ilin 14 oktyabr tarixində Belarus Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib. Nazir Ceyhun Bayramov çıxışında iclasın gündəliyinə daxil olan və MDB çərçivəsində qarşılıqlı fəaliyyətimizin geniş spektrini əhatə edən məsələləri qeyd edib və müzakirə ediləcək məsələlər sırasında “MDB-nin 30 illiyi ilə…

İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edir – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib. Belarus Prezidenti Aleksandr Lukaşenko iclasın gündəliyi barədə məlumat verdi, ölkəsinin MDB-yə sədrliyi dövründə həyata keçirilən tədbirlərdən danışdı və üzv ölkələrə Belarusa təşkilata rəhbərliyi dövründə göstərdikləri dəstəyə görə minnətdarlıq etdi. Belarus Prezidenti bildirdi ki, Müstəqil Dövlətlər Birliyinin…

Avstraliyalı deputat soydaşlarımızı təbrik edib

Platform4.news  Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) bölgəsi parlamentinin deputatı, Parramantanın federal üzvü Culi Ouens bu ölkədə fəaliyyət göstərən Azərbaycan icmasını 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə təbrik edib. Avstraliya Azərbaycanlıları Assosiasiyasına ünvanladığı məktubda millət vəkili bildirib ki, bu tarixi hadisə ilə əlaqədar soydaşlarımızı…

ABŞ-ın iki şəhərində “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü” elan edilib

Platform4.news  Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, ABŞ-ın Minnesota ştatının Minneapolis və Börnsvill (Burnsville) şəhərlərinin rəhbərliyi 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə soydaşlarımıza bəyannamələr ünvanlayıb. Minneapolis şəhər meri Ceykob Frey və Burnsville şəhər meri Elizabet Kautzun imzaladıqları sənədlərdə Azərbaycan əsilli amerikalıların Minnesota ştatı cəmiyyətinin fəal üzvləri olduqları, milli müxtəlifliyin,…

Kiyevdə Vətən müharibəsi ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin və Gənclər Fondunun dəstəyi, Ukrayna Azərbaycanlıları Radasının və Azərbaycan Tələbə və Məzunlar Platformasının birgə təşkilatçılığı ilə Kiyev şəhərində aksiya keçirilib. Ukrayna paytaxtının “Azadlıq” meydanında baş tutan aksiya Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətləri, erməni vandalizmini və müharibədən sonra regionda yaranmış yeni siyasi reallığı bir daha dünya ictimaiyyətinə çatdırmaq məqsədilə…