IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb

Moskvada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyətinin sədri və BMT Ətraf Mühit Proqramının (UNEP) xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaceslav Fetisov arasında görüş keçirilib. Görüş çərçivəsində IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Niyyət Sazişi imzalanıb.…

“Prezidentin siyasətinin mərkəzində Azərbaycan xalqının rifahı dayanır”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər” haqqında sərəncam imzaladı. Bu sərəncamın mətni ilə tanış olduqda əmin olmaq olur ki, dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır”. Bunu SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.   Onun sözlərinə görə, bu istiqamətdə sistemli və ardıcıl addımlar…

“Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq”

“Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik”. Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. “Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə,…

Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib

Biz – ukraynalı deputatlar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ərəfəsində Azərbaycanda səfərdəyik. Bu gün Gəncə şəhərini ziyarət etdik, ötən ilin oktyabrında burada mülki əhaliyə qarşı törədilmiş cinayət izlərinin şahidi olduq. Açıq-aydın görünür ki, bu terror aktı Azərbaycanı təxribata çəkmək üçün törədilib. Bu sözləri Gəncədə səfərdə olan ukraynalı deputat Valeri Kolyux deyib. Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü…

“Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı”

Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. “Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını…

Prezident və birinci xanım Füzulidə səfərdə oldular

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Dövlət  başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində…