Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı başa çatıb

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, ilk olaraq Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş diaspor nümayəndələrinə fəxri adları, orden və medalları təqdim edib. Fərəh Əliyeva çıxışında diaspor nümayəndələrini əziz, doğma Şuşada görməkdən şad olduğunu bildirib. Daha sonra…

“Çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın”

Aprelin 22-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib. O, çıxışına Vətən müharibəsinin kulminasiya nöqtəsi sayılan Şuşanın azad olunması zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına xitabı ilə başlayıb: “Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!…

“Sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyən edilib”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçısı Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb. Prezident…

Ərdoğanla Zelenski son hadisələri müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Ərdoğan danışıqlar prosesi zamanı lazımi dəstəyi verməyə hazır olduqlarını və təhlükəsizlik zəmanəti məsələsinə müsbət baxdıqlarını bildirib. Görüş zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr və danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə edilib. Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə…

Çavuşoğludan Baydenin “soyqırımı” açıqlamasına – Reaksiya

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı açıqlamalarını tənqid edib. O, bu barədə tvitter hesabında yazıb. “Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri…

Mariupolda ölən dinc sakinlərin sayı açıqlandı

Müharibə başlayandan indiyə kimi Mariupolda 20 mindən çox insan həlak olub.  Bunu şəhər meri Vadim Boyçenko “Ukrayna 24” telekanalının efirində deyib. “Qadınlar və uşaqlar da daxil olmaqla 20 mindən çox yerli əhali, mülki vətəndaşımız həlak olub” – Boyçenko bildirib. Onun sözlərinə görə, 100 mindən çox insan şəhərdə qalıb.