BQF “Arsak konfransı”na hazırlıq işlərini müzakirə etdi

Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya Şurasının növbəti iclası keçirilib. QAT sədri, BQF koordinatoru Akif Nağının moderatorluğu ilə keçən iclasda ötən bir ay ərzində müxtəlif ölkələrdə görülən işlərlə bağlı,  o cümlədən Anım Günü ilə bağlı keçirilən tədbirlərə dair müxtəlif ölkələrin təmsilçiləri məlumat verdilər. Sonra bir sıra aktual məsələlər müzakirə olundu, xüsusi olaraq noyabr ayında keçiriləcək  “Arsak:…

Elmar Məmmədov rektor Pyotr Kulikovu Beynəlxalq Alyansın qızıl medalı ilə təltif edib

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev  Milli Tikinti və Arxitektura Universitetinin rektoru, Ukrayna Universitet Rektorları Şurasının sədri Pyotr Kulikovla görüşüb. Platform4.news  xəbər verir ki, görüşdə Ukrayna və Azərbaycan arasında təhsil sahəsindəki əməkdaşlığın perspektivləri müzakirə olunub. Alyansın sədri Elmar Məmmədov Universitetin rektoru Pyotr Kulikovu Beynəlxalq Alyansın qızıl medalı ilə təltif edib. Elmar Məmmədov bildirib ki,…

Azadlıqlarının bir yaşını qeyd edən şəhər və kəndlərdə dünyanın ən müasir şəhərsalma layihələri icra olunacaqdır

Ölkəmiz 30 illik müasir müstəqillik dövründə bir çox uğurlar əldə etmişdir. Lakin bizim heç bir uğurumuz Qarabağ zəfəri qədər böyük deyildir. İşğal altında olan torpaqlarımız qanlarını, canlarını vətən uğrunda qurban verənlərin hesabına azad olunmuşdur. Ölkəmizin hər regionu inkişaf edir, hər şəhəri, hər kəndi müasir görüntüyə bürünür. Buna bəzən xarici dostlarımız inkişafın “Azərbaycan modeli” də deyirlər.…

Türkiyədən İrana zərbə – Bu əlaqələr dayandırıldı

Türkiyə İranla sərhəd-keçid məntəqələrini bağlayıb. İranla Ticarətin İnkişafı Assosiasiyasının rəhbəri Özcan Alaş bu barədə məlumat verib. Onun sözlərinə görə, bu addım Türkiyənin yük maşınlarının İran ərazisindən keçməsinə qoyulan qadağaya cavab olaraq atılıb: “İranla Azərbaycan sərhədindəki gərginliyə görə ölkələrimiz arasında ticarət dövriyyəsi tamamilə dayanıb”.

“Türkiyə hücum edərsə, Fransa köməyə gələcək”

“Türkiyə Yunanıstana hücum etsə, Fransa bizə kömək etməyə tələsəcək”. Bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib. Nazir iki ölkə arasında imzalanmış müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin Yunanıstan və Fransanın xarici təhlükənin yaranacağı durumda bir-birinə kömək edəcəkləri anlamına gəldiyini bildirib. Müqaviləni ratifikasiya etmək üçün toplanan parlamentdə çıxış edən Yunanıstan baş naziri qeyd edib: “Üçüncü ölkədən iki dövlətdən…

ABŞ hərbçiləri İraqı belə tərk edir

ABŞ-ın İraqdakı üç hərbi briqadası ölkəni tərk edir. İraqın Ayn-Əl-Əsəd vilayətində yerləşən ABŞ hərbi bazasından üç briqada ölkəni tərk etməyə başlayıb. Nəzərə çatdıraq ki, ötən ay İraq ordusunun nümayəndəsi general-mayor Təhsin Əl-Havadçı mətbuat nümayəndələrinə bildirib ki, oktyabrda ABŞ-ın İraq ərazisindəki hərbi bazaları ölkəni tərk etməyə başlayacaqlar. ABŞ hərbçiləri İraq ərazisindən qarşılıqlı razılaşma əsasında çıxır.

Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq – İlham Əliyev

“Əlbəttə ki, bizim böyük layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən deyib. “Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün…

Qaragöl ətrafında erməni bayrağı olmayacaq

Hələ may ayında Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində delimitasiyası Qaragöldə gərginliyə səbəb olub. Belə ki, yüksək dağlıq ərazilərdə qarın əriməsi və hava şəraitinin yumşalması ilə Azərbaycan sərhədçiləri ölkəmizə aid olan Qaragöl dövlət qoruğu ətrafında mövqe tutublar. Bu hadisənin fonunda ermənilər bunu “Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirərək bütün dünyaya hay-küy salıb təxribatçı fikirlər, bəyanatlar yaymaqla…

NATO-dan tarixi etiraf

NATO Türkiyəni S-400-lərdən imtina etməyə, onu bənzər Qərb sistemləri ilə əvəzləməyə razı sala bilmədi. Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, alyans Ankaranı S-400 əvəzinə Qərb sistemləri – Patriot, yaxud SAMP/T almasına razı salmaq cəhdlərini davam etdirəcək.