Türkiyədə 154 meşə yanğınından 146-sı söndürüldü

Türkiyədə tüğyan edən 154 meşə yanğınından 146-nın qarşısı alınıb. Bu barədə ölkənin Meşə Təsərrüfatı Baş İdarəsi bildirib. Qeyd olunur ki, hazırda 3 vilayət ərazisində 8 yanğınla mübarizə davam etdirilir. Yanğınlar Antalya, İsparta və Muğla vilayətlərindədir. Yanğınlarla mübarizəyə 16 təyyarə, 9 PUA, 45 helikopter və 5 200-ə yaxın yanğınsöndürən cəlb olunub.

“Krımın qaytarılması zaman məsələsidir”

“Krım heç vaxt Rusiya ərazisi olmayacaq, onun geri qaytarılması zaman məsələsidir”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Onun fikrincə, Rusiya Krımı Ukrayna qədər sevə bilməyəcək. “Bu mənimdir. Bu Krımı tanıyıram . Bu mənəm, orada yaşadım. Bura mənim torpağımdır, bura onların torpağı deyil”, – Ukrayna lideri bildirib. Zelenski vurğulayıb ki, Krım və Donbas Rusiya vətəndaşları üçün…

Dünya azərbaycanlılarından Türkiyəyə həmrəylik nümayişi

Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları çoxlu fəsadlar törətməklə fauna və floranı məhv edib. Təbii ki, bu hadisə dünya azərbaycanlılarını, xaricdə yaşayan soydaşlarımızı və həmvətənlərimizi də son dərəcə kədərləndirib. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, güclü Türkiyə dövləti bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir: “Lakin Azərbaycan diasporu hər bir məsələdə olduğu…

Avropa Liqası: “Neftçi” HİK-lə heç-heçə etdi

“Neftçi” avrokuboklarda növbəti oyununu keçirib. Çempionlar Liqası ilə vidalaşan Bakı klubu Avropa Liqasında mübarizəyə başlayıb. Samir Abasovun yetirmələri III təsnifat mərhələsinin ilk oyununa çıxıb. Paytaxt təmsilçisi Finlandiya çempionu HİK-lə görüşüb. “Bakcell Arena”dakı qarşılaşmanın ilk 45 dəqiqəsi qonaqların üstünlüyü ilə keçib. Heyətində yetərincə itkilər olan “ağ-qaralar” matçın əvvəlində zədələnən qapıçısı Aqil Məmmədovun da xidmətindən məhrum olub.…

Diaspor nümayəndələri qaziləri ziyarət etdi

Yaddaqalan Şuşa səfərindən sonra Azərbaycanda olan diaspor nümayəndələrinin təşəbbüsü və təşkilatçılığı ilə Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, görüş zamanı diaspor nümayəndələri reabilitasiya mərkəzində hərbçilərin müalicəsi və burada onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, bu günə qədər mərkəzdə 1200-dən çox…

Rusiyada qorxunc gəlişmə

Rusiyanın şərq vilayətlərindəki meşə yanğınları artaraq ümumi sahəsi 1 milyon hektarı keçib. Rusiya Federal Meşə Agentliyinin verdiyi açıqlamada yanğınların söndürülməsi üçün işlərin davam etdiyi bildirilib. Son 24 saat ərzində 40 nöqtədəki yanğınların nəzarət altına alındığı deyilən açıqlamada qeyd edilib ki, hazırda 222 nöqtədə – 1 milyon 71 min 845 hektar sahədə meşə yanğınları davam edir.…

Nəsibov Yunan-Roma güləşi üzrə Olimpiadanın finalına yüksəldi

Ukraynalı həmyerlimiz  yunan-Roma güləşçisi 22 yaşlı Pərviz Nəsibov Olimpiadanın finalına yüksəldi. Pərviz yarımfinalda  misirli Ahmed El -Sayed Hegazi -ni məğlub etdi – 7: 6. Həmyerlimiz döyüş zamanı  0: 6 hesabı ilə uduzsa da, xarakter göstərə bildi. Birincisi, hakimlərin qərarı ilə dörd xal qazandı. Güləşçimiz irəli getməyə davam etdi və rəqib artıq yorğun görünürdü. Nəsibov son…

Əsəd Qeysər: Pakistan Qarabağda turizmin inkişafına dəstək verməyə hazırdır

Burada aparılan quruculuq işləri ilə tanış olduq. Pakistan olaraq biz buradakı quruculuq işlərinə öz töhfəmizi verməyə şad olarıq. Hətta burada turizmin inkişafına da dəstək olmağa hazırıq. Bu fikirlər Şuşada səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər məxsusdur. O, həmçinin bildirib: “Biz bölgənin iqtisadi inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çox şadam ki, Azərbaycan…

Ərdoğan: “Bütün imkanlar yanğınların söndürülməsinə səfərbər edilib”

Türkiyə hakimiyyəti bütün qüvvələrini ölkədəki meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edib. Bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Türkiyə hakimiyyəti bütün imkanlarını meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsinə səfərbər edib”, – prezident qeyd edib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə meşə yanğınlarını milli fəlakət adlandırıb. O, qeyd edib ki, ölkənin bütün qurumları əlaqəli şəkildə…

ABŞ geri çəkildi, Türkiyə hərəkətə keçdi

NATO Türkiyədə Əfqanıstan ordusu üçün ilk təlim proqramını başladıb. Bu, əfqan hərbçiləri üçün NATO-nun təklifi ilə vətənlərindən kənarda həyata keçiriləcək ilk proqramdır. Əfqan hərbçilər artıq təlim kursları üçün Türkiyəyə gəliblər. Əfqanıstandakı vəziyyət ABŞ və NATO ölkələrinin mayın 1-də Əfqanıstan ərazilərindən qoşunlarını rəsmi şəkildə geri çəkməyə başlamasından sonra gərginləşib. ABŞ Prezidenti Co Bayden Amerika ordusunun avqustun…