AB Macarıstanla Rusiya Federasiyası arasında qaz müqaviləsi ilə bağlı gözlənilməz açıqlama verdi
Macarıstanın Rusiyanın “Qazprom” konserni ilə Ukraynadan yan keçən qaz təchizatı müqaviləsi Avropa Birliyi qanunvericiliyini pozmur. Bunu Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib . “Üzv dövlətlərin ikitərəfli müqavilələr bağlamaq hüququ var. Bildiyimə görə, Macarıstanla” Qazprom “arasında bağlanan bu müqavilədə Avropa qanunvericiliyinə zidd heç bir şey yoxdur”, – Borrell bildirib.










