ABŞ ordusu “Taliban” mövqelərini bombalayıb
ABŞ ordusu Əfqanıstanda “Taliban” qüvvələrinin mövqelərini bombalayıb. Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman öz tvitter səhifəsində məlumat verib. O hücum nəticəsində terrorçuların ağır itkilər verdiyini bildirib. Məlumatda qırıcı təyyarələrin “Taliban”ın Qəndəhar, Herat və Leşgərgah şəhərləri ətrafındakı mövqelərini bombaladığı qeyd olunub.










