“Bu, yaxın vaxtlarda baş verəcək, nəticə ağrılı olacaq”

“Yerasxdakı (Naxçıvanla sərhəd) atışma iki həftədən sonra bu istiqamətdə sərhədlərdə dəyişikliyin olacağı ilə bağlıdır”. Bu barədə Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi general Movses Akopyan açıqlama verib. Onun sözlərinə görə, Yerasxdan sonra yeni bir gərginlik ocağı yaranacaq. “Bu qaynar ocağın harada olacağını bilirəm, amma deyə bilmərəm, çünki rəsmilər düşmənə xidmət etdiyimi deyəcəklər”, – Akopyan…

“Şimal axını-2”: ABŞ və AFR ortaq fikrə gəliblər

Rusiyanın “Şimal axını-2” qaz kəməri ilə əlaqədar ABŞ və AFR arasında mövcud fikir ayrılıqları aradan qaldırılıb. Tərəflər arasında əldə edilmiş razılaşmaya görə, Vaşinqton “Nord Stream-2 AG” şirkətinə və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyəcək. Berlin isə öz növbəsində Ukraynada energetikanın inkişafına kömək etməyi öhdəyə götürüb. Nəhayət, hər iki tərəf qazın Ukrayna ərazisindən keçməklə daşınmasına təminat…

Prezident Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi. 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman ərazilərimizin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər…

İlham Əliyev: “Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də”

“Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50…

Prezident iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gəlib. Dövlətimizin başçısı Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub. Qeyd edək ki, düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq…

Ərdoğan rəsmən Kipr Türk Dövlətini elan etdi

“Kiprli qardaşlarımız onları aldadanların yalan və saxta vədlərinə inanmır. Kiprli türklərin tək tələbi suveren dövlət statusunun tanınmasıdır. Yunanıstan və kiprli yunanların verdikləri sözləri pozmalarından sonra, onları müdafiə edənlərin deyəcəkləri bir şey qalmayıb.” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Türk Dövlətinin tanınması üçün fəaliyyətə başladıqlarını bildirib. Artıq bizim bu mənasız prosesi davam etdirməyə bir səbəbimiz qalmayıb.…

Milli mətbuatımızın yaranmasından 146 il ötür

22 İyul – Azərbaycanda Milli Mətbuat Günüdür. 146 il əvvəl ölkədə ilk mətbu orqan – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzeti nəşrə başlayıb. 1991-ci ildən etibarən 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli…

Azəbaycan hərbçiləri Gürcüstanda NATO təlimlərində iştirak edəcək

Gürcüstanda ABŞ-la birgə “Agile Spirit 2021” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlər keçiriləcək. Məlumata görə, iyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam edəcək. ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə – Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2…

Putin və Merkel Ukraynanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub. Bu barədə Almaniya hökuməti məlumat yayıb. Tərəflər Ukraynanın şərqində böhranlı vəziyyətin həlli üçün Minsk razılaşmanın həllinin vacibliyini diqqətə çatdırıblar. Həmçinin liderlər energetika məsələləri, o cümlədən Ukraynadan keçən “Şimal axını – 2” qaz boru kəməri ətrafında müzakirə aparıblar.

ABŞ bu iki ölkə ilə sərhədləri bağlayır

Koronavirus pandemiyası səbəbindən ABŞ səlahiyyətliləri avqustun 21-dək Kanada və Meksika ilə sərhədləri bağlamaq qərarına gəlib. Qadağa ilə bağlı bir sıra istisnalar da nəzərə alınıb. İstisna yalnız ABŞ vətəndaşlarına, müalicə və təhsil almaq üçün ölkəyə üz tutan əcnəbilərə aid edilir. Qeyd edək ki. iyulun 20-də Kanadanın İctimai təhlükəsizlik və fövqəladə hallara hazırlıq katibi Uilliam Blair jurnalistlərə…