“Teatrlar açıla bilər” – Nazir

“Teatrlar açıla bilər”. Bunu mədəniyyət naziri Anar Kərimov deyib. “Biz təkliflərimizi vermişik. Bu sahədə pozitiv xəbərlər olacaq. Biz özümüz də teatrların açılmasını səbirsizliklə gözləyirik. Dəqiq tarix deyə bilmərəm, ancaq teatrların bu yaxınlarda açılma ehtimalı var”, – deyə nazir qeyd edib.

İbrahim Rəisi İranın yeni prezidenti SEÇİLDİ

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib. TASS  xəbər verir ki, ilkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb. İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə…

Yoluxma sayı bu gün də azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 335437 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat…

Baş nazirdən Füzuli, Laçın və Zəngilanda hava limanlarının tikintisi ilə bağlı QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara dəyişikliklə Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı təsdiq edilib.…

“Ekoloji Təmiz Məhsul Istehsalçıları və Ixtiraçıları” Ictimai Birliyinin ümumi yığıncağı keçirilib

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncaqda sədr Emin Əliyevin iki illik fəaliyyət hesabatının qiymətləndirilməsi, yeni idarə heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibinin seçilməsi, cari mövzuların müzakirə edilməsi planlaşdırılmışdı. Ümumi Yığıncağın yekununda ölkə başçısı cənab İlham Əliyevə müraciətin ünvanlanması da nəzərdə tutulurdu. Rezonans.az xəbər verir ki, ilk olaraq sədr Emin…

Rusiya və Türkiyə rəsmən elan etdi

Rusiya və Türkiyə arasında bütün təyyarə reysləri iyun 22-dən etibarən bərpa olunur. Bu barədə “TRT haber” məlumat yayıb. Məlumata görə, ölkələr arasında bu barədə razılıq əldə olunub. Qeyd edək ki, Rusiya pandemiya ilə bağlı vəziyyəti əsas gətirərək, aprelin 15-dən Türkiyə ilə hava əlaqəsini dayandırıb. Bəzi dairələr bu qərarı siyasi məsələlərlə əlaqələndirib. Bu gün xarici mənbələr…

“Ermənistanın bu mövqeyi bölgədə sülhün təmin olunmasına başlıca maneədir” – XİN

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Şuşa Bəyannaməsi ilə bağlı açıqlamasını şərh edib. XİN-in açıqlamasında deyilir: Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini şərh edərək bu sənədin erməni xalqına qarşı yönəldiyini iddia edən Ermənistan XİN-i hələ də Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasətinin, qonşu dövlətin ərazilərinə olan iddialarının,…

Şuşa sazişində nələr var?-Qarşılıqlı hərbi yardım

TRT Haber kanalı Şuşadan yayımladığı canlı yayımda Azərbaycan və Türkiyə Prezidentləri arasında imzalanmış sənədin strateji əhəmiyyət daşıyan mühüm detallarını açıqlayıb. Şuşa bəyannaməsində qeyd edilir ki, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi və sərhədlərinin toxunulmazlığına üçüncü ölkə tərəfindən təhlükə yaranacağı təqdirdə, hər iki ölkə Birləşmiş. Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq, qarşılıqlı hərbi yardımın…

Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib

Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 40-cı sessiyası çərçivəsində iyunun 17-də Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasının tətbiqi ilə bağlı Azərbaycan üzrə monitorinq hesabatının müzakirəsinə dair videokonfrans formatında dinləmə keçirilib.   Platform4.news Rezonans.az – a istinadən xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov…

Azərbaycanlılar BBC-nin binası qarşısında aksiya keçirib

Diasporla İş üzrə Dövlət Komitəsinin texniki dəstəyi, “Natavan Qrup”u və Britaniya Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə bu ölkədəki Azərbaycan icması BBC teleradioyayım korporasiyasının əsas binasının qarşısında aksiya keçirib. Aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun, eləcə də yerli məmurun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək…