Fransanın hədələrinə Avstraliyadan diplomatik cavab

Avstraliya xarici işlər naziri Maris Peyn Fransa səfirinin geri çağırılmasına təəssüf edib. Peyn Fransanın məyusluğunu başa düşdüyünü, amma bu qərarın milli təhlükəsizliklə bağlı olduğunu deyib. O, Kanberranın Parislə münasibətlərinə qiymət verdiyini və gələcəkdə də qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirib. Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard dollar dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb…

Azərbaycanda Milli Musiqi Günüdür

18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim…

Ukrayna Ermənistana və erməni diasporuna sanksiyalar tətbiq edə bilər

Ukrayna Prezidentinin rəsmi internet saytında BMT Baş Assambleyasının 76-cı sessiyasında bu ölkənin ərazi bütövlüyü əleyhinə səs vermiş Ermənistan və Belarusa qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı petisiya yaradılıb. Petisiyanın təşəbbüsçülərindən olan “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı mütəxəssisi, hərbi və siyasi şərhçi Aleksandr Kovalenko bildirib ki, sentyabrın 14-dən elan olunan petisiyada səsvermə sürətlə gedir. O…

XİN rəsmisi Ermənistanla bağlı açıqlama yaydı

Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə…

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

“Xarici diplomların tanınması qaydalarına dəyişiklərlə bağlı layihə hökumətə təqdim edilib”. Bunu “Media və təhsil dialoqu” təlimində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək: “Yeni layihədə qismən tanınma anlayışı olacaq. Yəni məsələn, tələbə Rusiyada təhsil alıb. Onun təhsil aldığı fakültədə norma 240 kreditdir,…

Amerika Neft şirkətinə azərbaycanlı rəhbər təyin olundu

Amerikanın neft-qaz nəhəngi “Baker Hughes Services İnternational LLC” şirkətinin Azərbaycan respublikasındakı nümayəndəliyinə yeni rəhbər təyinatı olub. Şirkətin Rusiya Xəzər regionu üzrə Komplayns Direktoru Zaur Allahverdizadə Azərbaycan nümayəndəliyinə rəhbər təyin edilib. Qeyd edək ki, Zaur Allahverdizadə həmin şirkətin Azərbaycan və Gürcüstan üzrə Hüquqşünası, daha sonra isə “Rapid Solutions” şirkətində Hüquq və Komplayns üzrə menecer vəzifələrində çalışıb.

“iPhone 13” sifariş rekordu qırmağa başlayıb

Bildiyimiz kimi,  14 sentyabr tarixində “Apple” şirkəti yeni “iPhone 13” smartfon seriyasının təqdimatını keçirib. Təqdimatda bu seriyaya daxil olan smartfonların ön sifariş göstəriciləri barəsində məlumat verilib. Belə ki, Çində bir neçə saat ərzində ön sifarişlərin sayı 1 milyonu keçib. Qeyd etmək lazımdır ki, Çindəki Apple Store-da ön sifarişlərə yalnız sabah start veriləcək. Lakin bəzi online mağazalar…

2030-cu ilədək Bakıda daha 51 metrostansiya tikiləcək

“2011-ci ildə təsdiqlənmiş “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq. Bunlar “Yaşıl”, “Qırmızı”, “Sarı”, “Bənövşəyi” və “Mavi” xətlərdir. Bütün stansiyaların tikintisinin 2030-cu ilədək başa çatdırılması nəzərdə tutulub”.…

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

Türkiyə ilk yerli kommunikasiya peykini kosmosa buraxacaq. Bunu ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib. O bildirib ki, “Türksat 6A” peykinin istehsalı və sınaqları Türkiyənin Kosmik Sistemlərin İnteqrasiya və Sınaq Mərkəzində aparılır. Nazirin sözlərinə görə, sınaq müddətinin 2022-ci ilədək davam edəcəyi gözlənilir. Peykin buraxılışının 2023-cü ilin ilk rübündə baş tutması planlaşdırılır. A.Karaismailoğlu “Türksat 6A”nın…