Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor məsələlərinə məsul qurumlarının rəhbərlərinin iclası keçirilib
Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul nazirlik və təşkilat rəhbərlərinin videoformatda IV iclası keçirilib. Qazaxıstan Respublikası İnformasiya və Sosial İnkişaf Nazirliyinin ev sahibliyi və TDT Katibliyinin moderatorluğu ilə keçirilən iclasda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, Qazaxıstan Respublikası…










