Qəbələdə Polad Həşimovun anım günü keçirilib

Bu gün 2020-ci ilin 12-14 iyul tarixlərində Azərbaycanın Ermənistanla sərhəd zonasında yerləşən Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təcavüzünə cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əkshücum əməliyyatında həlak olmuş Qəbələnin qəhrəman oğullarından olan Azərbaycanın Milli Qəhrəmanı, General-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş doğulduğu Vəndam qəsəbəsində anım tədbiri keçirilib. Rezonans.az xəbər verir ki, Qəbələ RİH-nin, hüquq-mühafizə…

Londonda “Qarabağ kuboku” uğrunda futbol turniri təşkil edilib

Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) dəstəyi və həmyerlimiz İlkin Quliyevin təşkilatçılığı ilə London şəhərində “Qarabağ kuboku” uğrunda futbol turniri keçirilib. BAA-nın sədri Hafiz Baxşəliyev bildirib ki, turnirdə adlarını Azərbaycana və II Qarabağ savaşına həsr edən 7 komanda – “Kaspian”, “Qarabağ”, “Dəmir yumruq”, “Boz qurd”, “Old Centlemən”, “Bayraqdar”, “Mançester Polad” iştirak edib. Final oyununda “Kaspian” və “Qarabağ”…

Macarıstan mediasında Qələbədən sonrakı Azərbaycandan bəhs edilib

Soydaşlarımızın təşəbbüsü ilə Macarıstanın nüfuzlu https://magyarnemzet.hu/ xəbərlər saytında “Dağlıq Qarabağda Qələbənin dəyəri: şəhidlər və təntənə” sərlövhəli məqalə dərc edilib. Azərbaycanda səfərdə olmuş jurnalist Laslo Davidin qələmə aldığı məqalədə bildirilib ki, ötən ilin payızında Azərbaycan cəmi 44 gün ərzində Qarabağı erməni işğalından azad edib. Müəllif 30 ilə yaxın erməni işğalı altında olmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda aparılmış hərbi…

Amerika -Azərbaycan Cəmiyyətinin nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsində olub

Amerika -Azərbaycan Cəmiyyətinin nümayəndələri Bakıya səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Görüşdə Amerika-Azərbaycan Cəmiyyətinin gələcək fəaliyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib. Xatırladaq ki, Amerika -Azərbaycan Cəmiyyəti 1957-ci ildə yaradılıb, cəmiyyət Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərir. Hazırda cəmiyyətə Azərbaycan Demokratik…

Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq

Delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Bunu Prezident İlham Əliyev bu gün Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə deyib. Dövlət başçısı bildirib: “Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu…

Dövlət Departamenti: “ABŞ İranla məhbus mübadiləsinə hazırdır”

“ABŞ məhbus vətəndaşlarının sərbəst buraxılması üçün İranla dolayı, lakin aktiv danışıqlar aparır”. Reyting.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə məlumat verib. “Uzun müddətdir haqsız yerə həbs edilmiş və azadlıqlarından məhrum edilmiş amerikalıların sərbəst buraxılması ilə bağlı dolayı, lakin güclü müzakirələr aparırıq”. Praysın sözlərinə görə, bu məsləhətləşmələr İranın nüvə…

Azərbaycan Qoşulmama Hərəkatına daha 1 il sədrlik edəcək

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qoşulmama Hərəkatının aralıq dövr Nazirlər Konfransı ilə bağlı məlumat yayıb. XİN-nin Mətbuat xidməti idarəsinin məlumatına görə, 13-14 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının (QH) “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda, virtual formatda aralıq dövr Nazirlər Konfransı keçirilib. Konfransın keçirilməsində əsas məqsəd Hərəkatın…

Şəhid Polad Həşimov və İlqar Mirzəyevin anım mərasimi keçirildi

İkinci Fəxri Xiyabanda Azərbaycanın ilk şəhid generalı Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ildönümü münasibətilə anım mərasimi keçirilib. Platform4.news Teleqraf.com-a istinadən xəbər verir. Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa…

Prezident: “Şəhidlərimizin qisasını döyüş meydanında aldıq”

“Mən şəhid ailələri ilə 18 il ərzində çoxsaylı görüşlər keçirmişəm. Daim çalışmışam ki, onlara həm mənəvi dəstək verim, həm də onların məişət problemlərini həll edim. Eyni zamanda, bilirdim ki, onlar üçün bütün bu məişət problemlərindən daha vacib məsələ onların övladlarının qisasının alınmasıdır”. Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və…

“Bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır”

“İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq”. Bunu Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib. “Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma…