BMT Əfqanıstandakı vəziyyətdən narahatdır

BMT Əfqanıstandakı vəziyyətin siyasi həlli üçün bu ölkədəki tərəflər ilə danışıqları davam etdirir. Bunu brifinq zamanı BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib. S.Cüjarrik bildirib: “Siyasi həll yolu tapmaq üçün Əfqanıstandakı və bölgədəki tərəflərlə danışıqları davam etdiririk. Mətbuatdan gördüyümüz kimi yerdəki vəziyyət son dərəcə narahatlıq doğurur”. Onun sözlərinə görə, kənd yerlərində şiddətli döyüşlər gedir,…

Ərdoğan və Zurabişvili arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Salome Zurabişvili arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib. Məlumata əsasən, telefon danışığı zamanı tərələr Türkiyə-Gürcüstan münasibətlərinin hazırkı vəziyyətini və regional məsələləri müzakirə ediblər. T.Ərdoğan qeyd edib ki, Türkiyə və Gürcüstan bölgədə yaranan yeni imkanlardan istifadə edərək birgə enerji və…

Rusiya təcavüzünə qarşı yeni qərar

Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Co Bayden Ağ Evdə keçirəcəkləri görüşdə strateji tərəfdaşlıq, təhlükəsizlik və iqtisadi məsələləri müzakirə etmək niyyətindədirlər. Bu barədə Ukrayna Xarici işlər naziri Dmitri Kuleba açıqlama verib. Onun sözlərinə görə, qarşıdakı görüş Kiyevlə Vaşinqton arasında münasibətləri yeni səviyyəyə qaldırmalıdır: “Bu baxımdan hər iki ölkənin diplomatları bu yaxınlarda Rusiya təcavüzünü müzakirə…

Hər kəsi düşündürən sual: Pandemiya bitəcəkmi?

COVID-19 pandemiyası insanların həyatında hər şeyi dəyişdi. İnsanlar artıq atacaqları addımları pandemiya davranışlarına uyğun olaraq nizamlamağa başladılar. Bəs pandemiya yaxınlarda bitə bilərmi?   Professor Ballouks Avropada yoluxma sayında artım olacağını düşünür. Onun fikrincə, peyvəndin aparıldığı ölkələrdə virus yazda bitəcək. Texas Universitetinin COVID-19 Modelləşdirmə Konsorsiumunun direktoru Lauren Ancel Meyers bildirib ki, xəstəliyə yoluxanlar və peyvənd olunanların…

Aleksandr Lukaşenko istefaya gedir

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda dövlət başçısı postundan gedəcəyini açıqlayıb. Bunu jurnalistlər, ictimaiyyət nümayəndələri və ekspertlərlə görüşü zamanı elan edib. Lukaşenko vəzifəsindən tam olaraq nə vaxt ayrılacağını açıqlamayıb. “Çox tezliklə”, – o deyib. Belarus lideri qərarın ölkə vətəndaşlarında qalacağını qeyd edərək, mümkün varisinin adını çəkməkdən imtina edib: “Belarus xalqının seçəcəyi şəxs prezident olacaq, bu,…

Azərbaycan və Rusiya XİN başçıları telefonla danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında qəbul olunan bəyanatın icra vəziyyəti, eləcə də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşması yolları müzakirə olunub.

Yeni Qafqaz planı: “Türklər və ingilislər imkan verməyəcək”

“Rus qoşunlarının həmin ərazilərdə yerləşdirilməsinin beynəlxalq hüquqi əsası yoxdur. Beynəlxalq hüquqa görə, bu qanun pozuntusudur. Bununla belə, bu addım həmin kəndlərin Azərbaycana qaytarılması və gələcəkdə Qazax üzərindən Ermənistan və Rusiya arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı ola bilər. Amma rəsmi Bakının da bildirdiyi kimi, bölgədəki nəqliyyat dəhlizləri eyni vaxtda açılmalıdır. Zəngəzur dəhlizi açılmadan Qazax istiqamətində…

Beynəlxalq Türk Akademiyasının prezidenti bəyanat yaydı

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bəyanat yayıb. Bəyanatı təqdim edir: “Orta Asiya Dövlət Başçıları Məsləhətləşmə Zirvəsi regional əməkdaşlığın inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır. Təcrübə, birgə səylərimizin qlobal və regional problemlərin həllinə əhəmiyyətli təsir etdiyini göstərir. Beynəlxalq Türk Akademiyasının məqsəd və vəzifələri kontekstində, dövlət başçılarının “Birgə Bəyanatı”nda elm və təhsil sahələri də daxil olmaqla…

Qəbələ rayon İcra Hakimiyyətində onlayn müşavirə keçirilib

Qəbələ rayon İcra Hakimiyyətində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunmasının sürətləndirilməsi məqsədi ilə onlayn müşavirə keçirilib. Rezonans.az xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə rayonda aparılan vaksinasiya işləri müzakirə edilmişdir.…

Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğradı

Yunanıstanda “Petzetel” yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində ölən olmayıb, pilotun vəziyyəti yaxşıdır. Məlumata əsasən, təyyarə Zakinf adasında yanğınların söndürülməsində iştirak edirmiş. Qəzanın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.