Səmada planetlərin mini paradı başlayıb
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, ötən gündən başlayaraq Venera, Saturn və Yupiter bir düz xətt üzrə düzülərək bir-birinə yaxınlaşıblar. Qeyd olunub ki, planetləri Günəş batdıqdan sonra adi gözlə də müşahidə etmək mümkündür: “Şimal yarımkürəsində gecə səmasında Venera üfüqə daha yaxın yerləşdiyindən, açıq bir yerdən müşahidə etmək daha əlverişlidir. Cənub yarımkürəsi üçün isə…










